Azərbaycan qazı üçün növbəyə duran ölkələrin SİYAHISI

Azərbaycan qazı üçün növbəyə duran ölkələrin SİYAHISI

Hazırda oxunan: Azərbaycan qazı üçün növbəyə duran ölkələrin SİYAHISI

98827

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Avropa ölkələri enerji böhranı ilə üz-üzə qaldı. Bu vəziyyət köhnə qitənin sakinlərini alternativlər axtarmağa vadar edib.

Altenrativ variantlar içərisində isə Azərbaycanın adı daha çox hallanır. Bir sıra ölkələr artıq Azərbaycan qazına elçi düşüblər.

Sonuncu belə istək Moldovadan gəldi. Ölkəmizə səfər edən Moldova hökumətinin yüksək ranqlı rəsmiləri Azərbaycan qazının ixracında maraqlı olduqlarını ifadə ediblər. 

Məlumat üçün bildirək ki, daha əvvəl Bolqarıstan, Rumıniya, Macarıstan, kimi ölkələr Azərbaycan qazına maraqlarını ifadə ediblər. Yunanıstan, Albaniya və İtaliya isə artıq qazımızın alıcılarına çevriliblər.

İqtisadçı-ekspert Eldəniz Əmirovun sözlərinə görə, Moldovanın Azərbaycandan qaz alması göründüyü qədər asan məsələ olmasa da, mümkündür:

“Moldovanın TAP-la bu ölkənin qaz alması üçün Yunanıstandan Bolqarıstana, ordan da Rumuniyaya, daha sonra Moldavaya keçməsi lazımdır.  Göründüyü kimi elə də asan deyil. “Qaz elçıləri” arasında ən bəxti gətirən ölkələr Türkiyə, Yunanıstan, Albaniya və İtaliya ilə qonşu olan ölkələrdir. Çünki TAP bu ölkələrdən keçdiyi üçün İnterkonnektorla məsələni həll etmək olacaq. Amma digərləri üçün bu çətin olacaq”.

Eskpert qeyd edib ki, əgər “elçilər” daha çox qaz almaq istəyirlərsə, Türkiyə və Yunanıstan sərhədindən başlayaraq yeni boru kəməri inşa etməli, ya da investisiya qoymalıdırlar ki, Azərbaycan bunu etsin:

“Çünki, TAP-a kompressor qurğusu qoşmaqla onun illik 10 mlrd kubmetrlik gücünü 20 milyarda çatdıra bilərik. Amma bundan yuxarı qaldırmaq mümkün deyil. Lakin TAP-ın öz mənbəyini götürdüyü TANAP-ın diametri 142 sm, daha sonra 122 sm və Mərmərə dənizi boyunca isə 91 sm təşkil edir. TAP isə TANAP-ın ardınca layihələndiridikdən sonra 11 alternativ kəmər marşrutu qiymətləndirildikdən sonra ekoloji, təhlükəsizlik və sosial nöqteyi-nəzərdən ən məqsədəuyğun yer kimi İtaliyanın seçilib.
 

Daha dəqiq İtaliyanın cənubunda, San Foca yaxınlığında yerləşən Melendugno bələdiyyə ərazisinin Lecce məntəqəsindən sahilə çıxır. İtaliya ərazi sularında boru kəmərinin dənizdə yerləşən hissəsi təxminən 45 km, qurudakı hissəsi isə təxminən 8 km təşkil edir.


Deməli, Avropanın qaz təminatını daha yüksək səviyyədə həyata keçirmək üçün TANAP-ın planlaşdırılan 32 milyard kub metrlik potensialından istifadə edərək, ondan yeni qol ayırmaq və yeni marşurut üzrə yönəltmək lazım olacaq”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO