TAP 2027-ci ilin sonunadək genişləndiriləcək - RƏSMİ

TAP 2027-ci ilin sonunadək genişləndiriləcək - RƏSMİ

Hazırda oxunan: TAP 2027-ci ilin sonunadək genişləndiriləcək - RƏSMİ

98816

Azərbaycan qazını Avropaya nəql edən Trans-Adriatik boru kəmərinin (TAP) buraxılış gücünün genişləndirilməsi 2027-ci ilin sonuna qədər baş tutacaq.

Bizim.Media TAP konsorsiumuna istinadən xəbər verir ki, bu barədə konsorsiumun idarəedici direktoru Luka Şippati bildirib.

Onun sözlərinə görə, TAP artıq İtaliyanı yeni mənbədən qaz ilə qidalandırır və ölkənin tələbatını 14% təmin edir. Ötən illə müqayisədə bu il TAP ilə İtaliyaya qazın nəqli 60% artıb.

“Biz Cənub Qaz Dəhlizinin istehsalçıları və operatorları ilə birlikdə Avropa və İtaliyaya əlavə qaz həcmləri təklif etmək üçün gücün 20 mlrd. kubmetrə qədər genişləndirilməsi planına sadiqik”, - Luka Şippati qeyd edib.
Onun sözlərinə görə, TAP-ın buraxılış gücünün genişləndirilməsi 2027-ci ilin sonuna qədər baş tutacaq. Bütün bunlar yeni borular çəkmədən və İtaliya ərazisində yeni işlərə ehtiyac olmadan, Yunanıstan və Albaniyada yalnız yeni kompressorların quraşdırılması vasitəsi ilə mümkün olacaq.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb.

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO