Aksiz dərəcələri mərhələli şəkildə artırılacaq

Aksiz dərəcələri mərhələli şəkildə artırılacaq

Hazırda oxunan: Aksiz dərəcələri mərhələli şəkildə artırılacaq

9869

Zərgərlik məmulatlarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarların təşviq edilməsi, zərgərlik və nəqqaşlıq kimi qədim peşələrin inkişafına töhfə verilməsi məqsədilə onların aksizdən azadolma müddətinin daha 3 il artırılması nəzərdə tutulur.

Bizim.Media-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin onlayn formatda keçirilən iclasında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verən S. Musayevanın sözlərinə görə, dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasət çərçivəsində aksiz dərəcələrinin mərhələli şəkildə artırılması nəzərdə tutulur.

Bu artırılmanın istehlakçıların alıcılıq qabiliyyətinə təsir imkanları nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir etməməsi diqqətdə saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO