“Noyabr, dekabr ayında yeni bahalaşma dalğasını görəcəyik. Təəssüf ki, bu, artıq ənənəvi haldır. Yeni ilə az qalmış tələbin artması ilə əlaqəli olaraq qiymətlərin də artmasının şahidi olacağıq.
Digər tərəfdən yanvar ayından əmək haqları və təqaüdlərin artması gözlənilir. Nə qədər qəribə görünsə də, bizdə bu gözləntinin özü belə qiymət artmını sürətləndirən faktora çevrilir. Ona görə də dekabr ayında inflyasiyanın artması ehtimalı yüksəkdir”.
Bu fikirləri ölkəmizdə bir ilə yaxın davam edən qiymət artımını şərh edərkən iqtisadçı-ekspert Natiq Cəfərli səsləndirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, hökumətin əlində kifayət qədər effektiv alətlər var ki, qiymət artımını durdura bilsin.
“Amma bu imkanlarda hələki istifadə edilmir. Biz artıq bir neçə aydır təklif etmişik ki, ərzaq məhsullarının və dərmanların əlavə dövlət vergisi 18 faizdən 2 faizə salınmalıdır.
Bu qiymətlərin geri çəkilməsində və bahalaşmanın sürətinin azalmasında effektli rol oynaya bilər. Digər tərəfdən ərzaq məhsulları ilə bağlı gömrük rüsumları sıfırlanmalıdır. Azərbaycan özünü cəmi 25 faiz ərzaq məhsulları ilə təmin edir.
Ərzaq məhsulları ilə təminat belə aşağı səviyyədədirsə, niyə ölkə gələn ərzaq məhsullarının gömrük rüsumu 15 faiz olmalıdır? Azərbaycan hökuməti heç olmasa, yanvar ayının 1-dən etibarən ərzaq məhsullarının və dərmanların əlavə dövlət vergisini 2 faizə salmalıdır, gömrük rüsumlarını ən azından 1 illik ləğv etməlidir”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:32 / 11.10.2022
İlin sonuna daha güclü bahalaşma dalğası gözlənilir - EKSPERT
Hazırda oxunan: İlin sonuna daha güclü bahalaşma dalğası gözlənilir - EKSPERT
Hazırda oxunan: İlin sonuna daha güclü bahalaşma dalğası gözlənilir - EKSPERT
98646
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.