Rusiya nefti üçün Avropa qapısı BAĞLANIR – “Məqsəd qiymətləri aşağı salmaqdır”

Rusiya nefti üçün Avropa qapısı BAĞLANIR – “Məqsəd qiymətləri aşağı salmaqdır”

Hazırda oxunan: Rusiya nefti üçün Avropa qapısı BAĞLANIR – “Məqsəd qiymətləri aşağı salmaqdır”

97813

Qərb dünyası artıq bir neçə aydır ki, Rusiya neftinə qiymət limiti tətbiq etməyə hazırlaşır. Bu istiqamətdə artıq ilk addımlar da atılıb. Belə ki, G7 hələ iyul ayında dekabr ayına kimi sözügedən qaydanın tətbiq olunmasına çalışacaqlarını qeyd etmişdi.

Oktyabrın 6-da isə Avropa İttifaqı Rusiyaya qarşı 8-ci sanksiyalar paketini qəbul etdi. Bu paketə Rusiya neftinə qiymət limitinin tətbiq olunması məsələsi də daxildir.
Bəs, Rusiya neftinin aşağı qiymətlərlə satılmağa başlaması, dünya bazarına və neft qiymətlərinə necə təsir göstərəcək?

Sualı Bizim.Media üçün cavablandıran Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şabanın sözlərinə görə, qiymət limitinin tətbiq olunmasında əsas məqsəd Rusiya neftindən xilas olmaqdır:

“İkinci məqsəd neftin qiymətinin aşağı düşməsi, üçüncüsü isə yeni enerji daşıyıcısı olan ölkələrə logistik xətlərin yaranmasıdır. Rusiya 2021-ci ilin göstəricilərinə əsasən, 4,6-4,8 milyon barel arasında xam neft çıxarıb. Və bunun 3,2-3,5 milyon bareli Avropa bazarında satılırdı.

Rusiya isə bu qərarı dəstəkləyən ölkələrə neft satmayacağını açıqlayıb. Ancaq Macarıstan kimi bəzi ölkələr var ki, Rusiyadan boru kəməri ilə neft alışına davam edəcəyini elan edib. 
Hesab edək ki, Rusiya 0,5 milyon bareli Avropanın Macarıstan kimi ölkələrinə satacaq. Yerdə qalan hissə isə ya satılmayacaq, ya da Asiya bazarına yönəldiləcək. Nəticədə, Asiya bazarında neft bolluğu yaranacaq və qiymətlər aşağı düşəcək”.

İlham Şaban qeyd edib ki, Asiya bazarında neftin ucuzlaşması, bu ölkələrə ənənəvi olaraq neft ixrac edən Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, İran və s. ölkələrin ixracın bir qismini Avropa bazarlarına yönəltməsi ilə nəticələnəcək:

“Təbii ki, bu tədricən baş verəcək. Nəticədə Rusiya nefti bir bazardan digərinə yönələcək və ixrac həcmləri azalacaq. Digər tərəfdən, Asiya bazarının ənənəvi ixracatçıları Avropaya üz çevirəcəklər, necə ki, Qətər artıq buna start verib. Həmçinin, ABŞ Avropaya ixrac həcmlərini iki dəfəyə yaxın artırdı”.
Ekspert əlavə edib ki, qiymətlərin ucuzlaşması və bazarların dəyişməsi şəraitində hər biri neft ixracatçısı individual şəkildə öz problemlərini həll etməli olacaq.

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO