BOTAŞ-ın rəhbəri: BTC ilə 4 milyard barrel neft daşınıb

BOTAŞ-ın rəhbəri: BTC ilə 4 milyard barrel neft daşınıb

Hazırda oxunan: BOTAŞ-ın rəhbəri: BTC ilə 4 milyard barrel neft daşınıb

97808

Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə indiyədək 5 163 tanker və ya 4 milyard barrel neft dünya bazarlarına daşınıb, heç bir problem qeydə alınmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin BOTAŞ şirkətinin Baş direktoru Burhan Özcan İstanbulda keçirilən Azərbaycan-Türkiyə II Enerji Forumunun açılışında bildirib.

O qeyd edib ki, TANAP vasitəsilə Türkiyəyə 18 milyard, Avropaya isə 16 milyard kubmetr qaz tədarük olunub.

BOTAŞ-ın direktoru, TANAP-ın gücünün ikiqat artırılması üçün texnik-mühəndislik işlərinə start verildiyini də diqqətə çatdırıb.

Bundan əlavə, Burhan Özcan Türkiyənin Duz gölündə təbii qaz quyularının qazılması və depolanması işlərində azərbaycanlı mütəxəssislərin də iştirak etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO