Azərbaycanın Türkiyədəki sərmayəsinin həcmi 21 milyard dollara çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov İstanbulda keçirilən Azərbaycan-Türkiyə II Enerji Forumunun açılışında çıxışı zamanı deyib.
O, bu forumun Azərbaycan-Türkiyə müttəfiqliyinin enerji sahəsində əməkdaşlığın daha da dərinləşməsinin göstəricisi olduğunu qeyd edib. Nazir Azərbaycan və Türkiyənin geostrateji rolunun da artdığını bildirib.
“BTC, BTƏ, TAP, Tanap və ümumilikdə Cənub Qaz Dəhlisi dünyanın enerji xəritəsinə qazandırdığımız diversifikasiya nümunəsidir. Azərbaycan və Türkiyə enerji təhlükəsizliyinin davamlı təminatına can atan önəmli ölkə oldular.
TAP və TANAP-ın genişləndirilməsi də nəzərdə tutulub. Digər vacib nəaliyyətimiz isə Türkiyənin İğdır bölgəsindən Naxçıvana təbii qazın tədarükü olacaq”, - deyə o bildirib.
P. Şahbazov əlavə edib ki, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan elektrik enerjisini Türkiyəyə tədarük edə, oradan isə Avropaya ötürə bilər.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:04 / 06.10.2022
"Azərbaycanın Türkiyədəki sərmayəsinin həcmi 21 milyard dollara çatıb" - RƏSMİ
Hazırda oxunan: "Azərbaycanın Türkiyədəki sərmayəsinin həcmi 21 milyard dollara çatıb" - RƏSMİ
Hazırda oxunan: "Azərbaycanın Türkiyədəki sərmayəsinin həcmi 21 milyard dollara çatıb" - RƏSMİ
97799
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.