Qlobal bazarda neft qıtlığı yaranacaq – XƏBƏRDARLIQ

Qlobal bazarda neft qıtlığı yaranacaq – XƏBƏRDARLIQ

Hazırda oxunan: Qlobal bazarda neft qıtlığı yaranacaq – XƏBƏRDARLIQ

97682

“Saudi Aramco” şirkətinin icraçı direktoru Amin Nasser Londonda keçirilən enerji kəşfiyyatı üzrə forumda qlobal neft ehtiyatının azalması ilə bağlı xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, Amin Nasser hazırda neft bazarının qlobal ehtiyat potensialının aşağı olmasına yetərincə diqqət yetirmədiyini, qiymətlərin yuxarı olması fonunda belə yeni yataqların kəşfiyyatı və işlənməsinə investisiyaların az olduğunu söyləyib.

O əlavə edib ki, Çin iqtisadiyyatının pandemiya ilə bağlı məhdudiyyətlərdən tam qurtulacağı təqdirdə, xam neftə olan tələbatı təmin etmək çox çətin olacaq.
Digər tərəfdən mülki aviasiyanın fəaliyyətinin tam bərpa olunması tələbatı ikiqat artıracaq. Səudiyyə Ərəbistanı gələn il gündəlik maksimum 12 milyon barrel, 2027-ci ildə isə 13 milyon barrel xam neft ixrac edə bilər.

Bu, artan tələbatı ödəmək üçün çox azdır. İnvestisiyaların həcminin artırılması isə öz bəhrəsini illər sonra verəcək.

Forumda “Shell” şirkətinin baş icraçı direktoru Ben van Beurden isə bildirib ki, yeni neft və qaz layihələrinin tamamlanması və öz bəhrəsini verməyə başlaması onilliklər çəkə bilər. Onun sözlərinə görə, hazırkı yüksək qiymətlər əldə olunan kapitalın asanlıqla investisiyaya çevrilməsinə zəmanət vermir.
Gələn il şirkətə rəhbərlikdən ayrılacağını da qeyd edən baş icraçı direktor əlavə edib ki, “Shell”in ümumi strategiyası tədricən neft-qaz sahəsindən uzaqlaşmaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO