Mikayıl Cabbarovdan Avropaya qaz tədarükü ilə bağlı AÇIQLAMA

Mikayıl Cabbarovdan Avropaya qaz tədarükü ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Mikayıl Cabbarovdan Avropaya qaz tədarükü ilə bağlı AÇIQLAMA

97011

Azərbaycan 2027-ci ilə qədər Avropaya qaz tədarükünü ikiqat artırmağı hədəfləyir və Avropa İttifaqı (Aİ) üzvləri gələcək qaz həcmlərinin necə paylanacağına özləri qərar verməlidirlər.

Bizim.Media xəbər verir ki, bu barədə "Euronews Bulgaria" nəşrinə müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov danışıb.

"Biz artıq həm xaricdə, həm də ölkə daxilində tərəfdaşlarımızla danışıqlar aparırıq. Bizim fikrimiz istehsalı artırmaqdır. Məqsədimiz 2027-ci ilə qədər bu həcmləri (qaz tədarükü) iki dəfə artırmaqdır. Bu, bizim üçün əsas prioritetdir. Bu həcmlərin müxtəlif Avropa ölkələri arasında necə paylanacağı məsələsini isə Avropa İttifaqına üzv dövlətlər müəyyənləşdirməlidir", - deyə nazir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO