Azərkosmos 17,2 milyon ABŞ dollar xidmət ixrac edib – SON 8 AYDA

Azərkosmos 17,2 milyon ABŞ dollar xidmət ixrac edib – SON 8 AYDA

Hazırda oxunan: Azərkosmos 17,2 milyon ABŞ dollar xidmət ixrac edib – SON 8 AYDA

96696

Cari ilin yanvar-avqust aylarında Azərkosmos tərəfindən dünyanın 36 ölkəsinə 17,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub.

Bizim.Media İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına istinadən xəbər verir ki, Azərkosmosun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83 faizidir.

Avqustda Azərkosmos dünyanın 33 ölkəsinə 2,1 milyon dollar dəyərində xidmət ixrac edib.

Səkkiz ay ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 4,4 milyon dollar ilə Birləşmiş Krallıq, 3,5 milyon dollar ilə Fransa, 2,9 milyon dollar ilə Lüksemburq, 1,6 milyon dollar ilə BƏƏ və 956,7 min dollar ilə Pakistan qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO