Xarici valyutalar UCUZLAŞIR – Bəs, manatı nə gözləyir?

Xarici valyutalar UCUZLAŞIR – Bəs, manatı nə gözləyir?

Hazırda oxunan: Xarici valyutalar UCUZLAŞIR – Bəs, manatı nə gözləyir?

96502

Dünya Bankının sentyabr ayı üçün olan hesabatında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının artıdığı qeyd olunub. Bundan əlavə hesabata görə, Azərbaycanın bəzi ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması manatın nominal effektiv məzənnəsini 10,5% artırıb.

Bəs, bu amilləri nəzərə alsaq, Mərkəzi Bankın manatın məzənnəsini daha da gücləndirməsi gözlənilirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov qeyd edib ki, manatın xarici valyutalar qarşısında güclənməsi gözlənilirmi:
 

MÖVZU İLƏ BAĞLI:

MANAT BƏRKİYİR: Pulumuzu hansı valyutada saxlayaq? – Ekspertdən MƏSLƏHƏT


“Ona görə yox ki, Mərkəzi Bank bunu edə bilməz. Çünki bizim valyuta ehtiyatlarımız kifayət qədər artıb və obyektiv səbəblərə görə manat güclənməlidir. Lakin tarixən Mərkəzi Bank buna getməyib. Yalnız 2008-ci ildə bu cür addım atılıb.

Səbəbi isə sadə el dili ilə izah etsək, “qara gün üçün saxlayırlar”. Yəni aydın məsələdir ki, neftin qiyməti hər zaman belə olmayacaq. Eyni zamanda bizim neft ixracımız ilbəil azalır. Bir sözlə gələcəkdə valyuta ehtiyatlarının azalma ehtimalı var. Ona görə də valyuta ehtiyatlarını manatı gücləndirmək üçün istifadə etməyə ehtiyac yoxdur.

Digər tərəfdən, güclü manat yerli istehsal üçün zərbə olar. Ona görə ki, manatın güclənməsi xarici alıcılar üçün qiymətlərin bahalaşması deməkdir. Xüsusən də, kənd təsərrüfatı sektorunda özünü daha çox hiss etdirə bilər ki, bu da arzuolunmazdır. Proqnozlaşdırmaq olar ki, yaxın bir ildə manatın məzənnəsi sabit qalacaq”.

Ekspert manatın FED-in faiz artımı siyasətini davam etdirməsinin manata mümkün təsirlərini də şərh edib:

“Dolların qalxması, bir qayda olaraq neftin bahalaşmasına da səbəb olur. Hətta bahalaşma olmasa belə, neftin qiyməti kifayət qədər yüksəkdir və ehtiyatlarımız kifayət qədər çoxdur. Ona görə də neftin qiyməti düşsə belə, Mərkəzi Bankla Neft Fondu valyuta ehtiyatları hesabına manatın məzənnəsini saxlayacaqlar. Çünki dünyada gedən gərginlik və qiymət artımları da göz önündədir”.
Əkrəm Həsənov əlavə edib ki, hal-hazırda cəmiyyəti qiymət artımları daha çox narahat etməlidir:

“İnflyasiya var, qiymətlərsə artmağa davam edir. Bu fonda manatın məzənnəsi əhalini o qədər də maraqlandırmamalıdır. Çünki hal-hazırda 2015-ci ildə olduğu kimi dollar kreditləri də yoxdur. Buna görə də dollar qalxsa belə, bu vətəndaşlar üçün elə də əhəmiyyətli olmayacaq. Lakin qiymət artımı hər birimiz üçün böyük bir problemdir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO