Ölkədaxili nağdsız əməliyyatların həcmi ARTDI - 2,5 dəfə  

Ölkədaxili nağdsız əməliyyatların həcmi ARTDI - 2,5 dəfə  

Hazırda oxunan: Ölkədaxili nağdsız əməliyyatların həcmi ARTDI - 2,5 dəfə  

95904

Bu ilin yanvar-avqust aylarında ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə artıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilib. 

Məlumata görə, 2022-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2 mlrd. 235 mln. manat təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 1 mlrd.708 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 524 mln. manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib. 

Məlumata görə, avqust ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 45%-ni təşkil edib. Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur.
Belə ki, keçən ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 4.1%, POS terminalların sayı 23% artıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO