Xəzər Siyasət Mərkəzi Nyu-Yorkda 3-cü Xəzər Biznes Forumuna ev sahibliyi etdi - FOTO

Xəzər Siyasət Mərkəzi Nyu-Yorkda 3-cü Xəzər Biznes Forumuna ev sahibliyi etdi - FOTO

Hazırda oxunan: Xəzər Siyasət Mərkəzi Nyu-Yorkda 3-cü Xəzər Biznes Forumuna ev sahibliyi etdi - FOTO

95242

Bu gün Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin (CPC) Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Özbəkistan səfirlikləri və Türk Dövlətləri Təşkilatının dəstəyi ilə üçüncü Xəzər Biznes Forumu keçirilib.

Bizim.Media xəbər verir ki, Xəzər Siyasət Mərkəzi Nyu Yorkda Üçüncü Xəzər Biznes Forumuna ev sahibliyi edib.

Forumu açılış nitqi ilə başlayan CPC-nin icraçı direktoru Əfqan Nifti ABŞ və regional dövlətlərin biznes liderlərinin, xarici siyasət ekspertlərinin, hökumət rəsmilərinin iştirak etdiyi ortaq platforma olan Xəzər Biznes Forumunun əhəmiyyətindən danışıb.
O həmçinin qeyd edib ki, bu forum ölkələrə yeni iqtisadi istiqamətlər və yeni imkanlar müəyyən etmək üçün dialoq da hesab edilə bilər:

“CPC Xəzər regionunun yeni biznes imkanlarını müzakirə etmək üçün biznes, hökumət və qeyri-kommersiya təşkilatlarının ən yaxşı ideyalarını bir araya gətirmək üçün üçüncü Xəzər Biznes Forumuna ev sahibliyi etməkdən qürur duyur. Birləşmiş Ştatlar üçün Xəzər regionu biznes və iqtisadi əlaqələrin ortaq məxrəcə gəldiyi yerdir” - deyə icraçı direktor bildirib.

Xəzər Siyasət Mərkəzinin baş elmi işçisi, səfir Riçard E. Hoqlandın moderatorluğu ilə keçirilən birinci hissədə enerji axınının artması, daha təmiz və daha çox enerji təchizatı, infrastruktur layihələrini müzakirə etmək üçün ABŞ hökuməti və Xəzəryanı ölkələrin əsas məruzəçilərinə söz verib.
Dövlət Departamentinin Enerji Resursları Bürosu katib köməkçisi Geoffrey Pyatt və USAID-in Administrator köməkçisinin müavini Anjali Kaur ABŞ və Böyük Xəzər regionu arasında biznes, ticarət və investisiya sahəsində birgə əməkdaşlığın faydalarından danışıb və mövcud problemləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO