"Bu, zəngin resurlara malik, pis idarə olunan ölkələrin böhranıdır" - Qubad İbadoğlu

Hazırda oxunan: "Bu, zəngin resurlara malik, pis idarə olunan ölkələrin böhranıdır" - Qubad İbadoğlu

94818
İqtisadçı alim Qubad İbadoğlu qlobal iqtisadi böhran haqqında düşüncələrini sosial şəbəkədəki səhifəsində bölüşüb.xa0

"Böhran qlobal deyil, iqtisadiyyatı dünya bazarlarında qiymət konyukturasından asılı olan ayrı-ayrı ölkələrdədir.
Dünyada iqtisadi böhran yoxdur və gözlənilmir. Diqqət edin: ötən il dünya iqtisadiyyatı 3,4 faiz böyüyüb, bu il qlobal miqyasda artım 3,5 faiz gözlənilir, növbəti il üçün də bu göstərici 3,8 faiz proqnozlaşdırılır. Dünya üzrə ÜDM-in 16,3 faizinə malik Çində 6,8 faiz, 16,1 faizinə malik ABŞ-da 2,4 faiz, 12,1 faizinə malik Avrozonada 1,5 faiz, 6,8 faizinə malik Hindistanda 7,5 faiz, 4,4 faizinə malik Yaponiyada 1,1 faiz, 2,4 faizinə malik Böyük Britaniyada 2,7 faiz iqtisadi artım gözlənilir. Qiymətləndirmələrə görə, dünya üzrə milli gəlirinin dördə üçünü formalaşdıran ölkələrdə iqtisadi artım tempi əvvəlkindən yüksək olacaq, beşdə dördünü formalaşdıran ölkələrdə iqtisadiyyatın yekunları pozitiv olacaq.xa0

Belə vəziyyətdə hansı dünya böhranından danışmaq olar? Böhran dünyada deyil, idtisadiyyatı dünya bazarlarında qiymət konyukturasından asılı olan, Rusiya, Venesuela, Braziliya, Anqola, Nigeriya kimi resursların satışından gəlir əldə edib, onun hesabına yaşayan ölkələrdədir. Bu ilə hətta Afrikada da ümumilikdə 4,6 faiz iqtisadi artım gözlənilir.Ötən il müvafiq göstərici 3,5 faiz idi. Rusiyada, Braziliyada, Venesuelada, Timor Lestedə, Trinidad-Tobagoda, Kolumbiyada, Boliviyada, İraqda müşahidə olunan böhranı qloballaşdırmaq mümkün deyil. Çünki onların birlikdə dünya iqtisadiyyatında payı 10 faizə belə çatmır. Bu böhranı zəngin resurlara malik, pis idarə olunan ölkələrin böhranı adlandırmaq olar.xa0Azərbaycana gəlincə, bizim makro-iqtisadi göstəricilərimiz ötən ildən pisləşməyə başlayıb. 2014-cü ildə MDB-də ən aşağı iqtisadi artım tempi Rusiyada 0,6 faiz və sonra da Azərbaycanda 2,8 faiz qeydə alınıb. Bu ilin birinci yarısı üçün 6 faizlik iqtisadi artım elan olunsa da Beynəlxalq Valyuta Fondunun son qiymətləndirmələrinə görə, ölkəmizdə il ərzində ÜDM 0,6 faiz artacaq, inflyasiya isə 7,9 faiz olacaq. Rusiyada isə iqtisadiyyat 3,8 faiz kiçiləcək. Bu institut tərəfindən aparılan hesablamalara görə, 2015-ci ildə həmçinin Ermənistanda da iqtisadi eniş proqnozlaşdırılır.xa0


Deməli, dünyada böhran deyil, qeyri-bərabər iqtisadi artım var və bunun da başlıca səbəbi beynəlxalq əmtəə bazarlarında, xüsusilə də enerji resurları bazarında qiymətlərin sabitləşməsidir.xa0Bundan da ən çox əziyyət çəkənlər təbii resuslarının satışından gələn gəlirlərin hesabına böyüyən ölkələrdir.xa0Ona görə də biz həmişə diqqətə çatdırırdıq ki, milli iqtisadiyyatı xarici faktorlardan asılı olan ölkələrdə uzunmüddətli dövrdə iqtisadi inkişafa malik olmaq mümkün deyil. Əslində indi dünya bazarlarında uzun müddətdir ki, siyasi və digər amillərin təsiri ilə maya dəyərindən xeyli uzaqlaşan əmtəələrin qiymətləri daha çox təbii səviyyəsinə qayırır. O sıradan yanacağın da qiymətinin optimallaşması prosesi gedir. Odur ki, “dünyada böhrandır və onun təsirindən də Azərbaycan iqtisadiyyatı əziyyət çəkir”x9d fikri ilə razılaşmıram.xa0Bizim iqtisadiyyatımız elə olmalıdır ki, dünya bazarında kimsə asqıranda biz burda qrip xəstəliyinə tutulmayaq. Bu baxımdan da müzakirələr iqtisadiyyatın müqavimət gücünün artırılması, əlavə maliyyə qaynaqlarının formalaşdırılması və yeni iqtisadi artım modelinin qurulması istiqamətində getməlidir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO