Gələn ilin büdcəsində neft qiymətlərinin ilkin olaraq 50 dollardan hesablanması nəzərdə tutulub. Lakin proqnozlar gələn il də “qara qızıl”ın qiymətinin 100 dollardan yuxarı olacağını göstərir.
Büdcə müzakirələrindən sonra rəqəmlərdə dəyişiklik ola bilərmi?
Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirir ki, gələn ilin may ayında vəziyyətdən asılı olaraq neftin bir barrelinin qiymətinə yenidən baxa bilərlər. İndiki halda isə 50 dollardan götürülməsi onun fikrincə, doğru addımdır:
“İl boyunca neftin qiyməti yüksək olursa, əlavə gəlirlər gəlirsə, dövlət büdcəsinə hardasa gələn ilin may ayında yenidən baxıla bilər. Bu mənada neftin qiymətinin indiki mərhələdə aşağı həddə götürülməsi düzgündür.
Ona bilər qiymətdə sıçramalar olsun, enmələr də ola bilər. Qiymət 150-yə qalxmışdı, indi 95 dollara düşüb. Bu mənada da 2023-cü ilin dövlət büdcəsində neftin qiymətini 50 dollar səviyyəsində götürmək düzgün addımdır”.
Neft məsələləri üzrə ekspert İlham Şaban düşünür ki, qiymət məsələsində 50 dollarlıq həddin dəyişdirilməsinə ehtiyac yaranmayacaq:
“Hökumət Milli Məclisə neftin bir barrelinin gələn il üçün 50 dollardan götürülməsilə bağlı təkliflərini verib. Keçən il müzakirələrin gedişində belə bir presedent oldu və iki dəfə rəqəmlərdə dəyişiklik oldu. Hazırda neftin qiyməti 90 dollar ətrafındadır.
10-15 dollar düşsə də belə, kifayət qədər risqləri neytrallaşdırmaq üçün 50 dollarlıq hədd normaldır. Fikrimcə, hökumət bu məsələdə öz işini əvvəlcədən kifayət qədər sığortalayıb. Ona görə də fikrimcə, bir barrelin 50 dollardan götürülməsi təklifinin dəyişdirilməsinə ehtiyac yaranmayacaq”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:21 / 19.09.2022
2023-cü il üçün DÖVLƏT BÜDCƏSİ - Neftin bir barrelinin 50 dollardan götürülməsi riskləri sığortalayır
Hazırda oxunan: 2023-cü il üçün DÖVLƏT BÜDCƏSİ - Neftin bir barrelinin 50 dollardan götürülməsi riskləri sığortalayır
Hazırda oxunan: 2023-cü il üçün DÖVLƏT BÜDCƏSİ - Neftin bir barrelinin 50 dollardan götürülməsi riskləri sığortalayır
94510
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.