2023-cü il üçün xərclər üzrə siyasətin əsas istiqamətləri açıqlanıb.
Bizim.Media-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və bu prioritetlərə söykənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, həmçinin 2023-cü il üzrə xərc siyasəti aşağıdakı istiqamətləri önə çəkir:
- İşğaldan azad edilmiş ərazilər üzrə bərpa və yenidənqurma işlərinin, böyük qayıdış planının təmin edilməsi, ərazilərdə müasir infrastrukturların, o cümlədən hərbi infrastrukturların tikintisi;
- Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi;
- Əməyin ödənişi, sosial müdafiə və sosial təminat üzrə islahatların davam etdirilməsi,
- İnflyasiya təzyiqi nəzərə alınmaqla sosial dəstək tədbirlərinin həyata keçirilməsi;
- Səhiyyə xərclərinin, o cümlədən əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması, səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin, yoluxucu xəstəliklərin, o cümlədən COVID-19 pandemiyasının yayılmasına qarşı mübarizə və profilaktik tədbirlərin maliyyə təminatı;
- Təhsil xərclərinin, o cümlədən dövlət sifarişi ilə ali təhsil alanların, təqaüd kvotasının artırılmasının və tələbə kreditinin maliyyə təminatı, təhsil müəssisələrində informasiya kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması;
- Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin, prioritet şəkildə buğda istehsalının inkişaf etdirilməsi üçün maliyyə dəstəyi və subsidiyaların ayrılmasının artırılması;
- Ölkənin tranzit potensialının daha dolğun istifadəsi, Transxəzər dəhlizi üzrə daşınmaların nəqliyyat logistika infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin dəstəklənməsi;
- Əməyin ödənişi, sosial müavinət, təqaüd və pensiyalar, dövlət borcuna xidmətlə bağlı xərclərin (büdcə qanunvericiliyinə əsasən müdafiə olunan xərclər) prioritet maliyyə təminatı;
- Dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı;
- Dövlət büdcəsindən iqtisadiyyata dövlət öhdəliklərinin, o cümlədən dövlət sifarişi üzrə öhdəliklərin qarşılanması, həmçinin subsidiya, subvensiya, dotasiya və qrant formasında maliyyə dəstəyinin davam etdirilməsi;
- Bir sıra zəruri məhsul və xidmətlərin qiymət artımının (inflyasiyanın) sosial təyinatlı tədbirlərə, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara təsirinin qarşılanması.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:56 / 16.09.2022
Növbəti il üçün xərclər üzrə siyasətin əsas istiqamətləri AÇIQLANDI
Hazırda oxunan: Növbəti il üçün xərclər üzrə siyasətin əsas istiqamətləri AÇIQLANDI
Hazırda oxunan: Növbəti il üçün xərclər üzrə siyasətin əsas istiqamətləri AÇIQLANDI
94146
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.