Gələn il makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəklənəcək.
Bizim.Media xəbər verir ki, bu barədə 2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada bildirilir.
Qeyd olunur ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.
Eyni zamanda, inflyasiya səviyyəsinin tənzimlənməsi ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə də müsbət təsir göstərəcək.
Proqnozlara əsasən növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin artaraq 2026-cı ildə 91,9 mlrd. manata, xərclərinin isə 89,2 milyard manata qədər yüksəlməsi gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:56 / 15.09.2022
Maliyyə Nazirliyi: Gələn il manatın məzənnəsi DƏYİŞMƏYƏCƏK
Hazırda oxunan: Maliyyə Nazirliyi: Gələn il manatın məzənnəsi DƏYİŞMƏYƏCƏK
Hazırda oxunan: Maliyyə Nazirliyi: Gələn il manatın məzənnəsi DƏYİŞMƏYƏCƏK
94041
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.