Bakıda yeni marşrut xətti istifadəyə verildi

Bakıda yeni marşrut xətti istifadəyə verildi

Hazırda oxunan: Bakıda yeni marşrut xətti istifadəyə verildi

94039
Avtobusların hərəkət cədvəli səhər saat 06.00-dan gecə saat 23.00-ə qədərdir.

“BakuBus”x9d MMC bu gündən etibarən Bakı şəhərinin mərkəzi hissəsində yeni 1 nömrəli sərnişin avtobus marşrut xəttini istifadəyə verib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a xəbər verir ki, Fransa istehsalı olan “İveco”x9d avtobuslar 1 saylı xətt üzrə 28 may metro stansiyasından başlayaraq, Heydər Əliyev prospektindən keçir və Koroğlu metro stansiyasına hərəkət edir. Uzunluğu 17,7 km olan  marşrut xətti hər iki istiqamət üzrə 15 dayanacağı özündə birləşdirir  və nəzərdə tutulmuş xətt üzrə 12 avtobus fəaliyyət göstərir. Avtobusların hərəkət cədvəli səhər saat 06.00-dan gecə saat 23.00-ə qədərdir.  

“BakuBus”x9d MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız BakıKart vahid ödəniş kartları ilə həyata keçirilir. BakıKart vahid ödəniş kartlarını bütün metro stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılmış yeni BakıKart terminallarından, Bakı şəhərində yerləşən müasir tipli mətbuat köşklərindən və digər BakıKart loqosu olan məntəqələrdən əldə etmək olar. 

Dövriyyədə iki növ BakıKart ödəniş kartları ”“ məhdud istifadə üçün kağız BakıKartları və daimi istifadə üçün plastik BakıKartları mövcuddur. Kağız kartların qiyməti 20 qəpikdir, onlara 1, 2, 3 və ya 4 gediş haqqı yüklənə bilər. Bu kartlar ilk istifadə tarixindən etibarən 45 gün ərzində etibarlıdır. Plastik BakıKartların qiyməti 2 manatdır və bu növ kartlara istənilən məbləğdə gediş haqqı yüklənə bilər.

BakıKartla bir şəhərdaxili gediş haqqı 20 qəpikdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO