“Avropaya qaz ixracını artırmaq üçün Azərbaycanla danışıqlar gedir” - Çavuşoğlu

“Avropaya qaz ixracını artırmaq üçün Azərbaycanla danışıqlar gedir” - Çavuşoğlu

Hazırda oxunan: “Avropaya qaz ixracını artırmaq üçün Azərbaycanla danışıqlar gedir” - Çavuşoğlu

93627

“Rusiya qazı kəsiləndən sonra Balkan yarımadası ölkələri, Şərqi Avropa ölkələri öncə üzünü Türkiyəyə, daha sonra can Azərbaycana döndü”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyə XİN rəhbəri bildirib ki, çünki onların Azərbaycanın təbii qazına ehtiyacları var:

“TAP və TANAP, digər təbii qaz boru xətləri ilə bərabər bu ölkələrə yardım etmək üçün lazımi tədbirləri görürük. Bu ölkələr bizə müraciət edir, biz də Azərbaycanla danışıqlara gedirik ki, təbii qaz ixracını, TANAP-ın perspektivdə potensialını nə qədər artıra bilər?
Hazırda bu rəqəm 16 milyard kub metrdir, 2023-cü ilin sonunda bu rəqəm 26 milyard kub metrə, 2024-cü ilin sonunda bu rəqəm 31 milyard kub metrə çatacaq. Demək olar ikiqat artım deməkdir. Əlbəttə bizim də təbii qaza ehtiyacımız var. Amma bu ölkələri də düşünürük”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO