Son dövrlər sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500 manatlıq “kağız pul nişanı"nın təsvirləri yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.
"Konstitusiya və “Mərkəzi Bank haqqında” qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanmasını və tədavülə buraxılmasını yalnız AMB həyata keçirir.
500 manatlıq pul nişanı tədavülə buraxılmayıb və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Vətəndaşlarımızı bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarımıza dair məlumatları AMB-dən və onun internet səhifəsindən əldə etməyə çağırırıq",- deyə qurum bəyan edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:11 / 22.01.2021
500 manat tədavülə buraxılıb? - Mərkəzi Bankdan cavab
Hazırda oxunan: 500 manat tədavülə buraxılıb? - Mərkəzi Bankdan cavab
Hazırda oxunan: 500 manat tədavülə buraxılıb? - Mərkəzi Bankdan cavab
9319
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.