AYİB prezidenti Azərbaycana gəlir

AYİB prezidenti Azərbaycana gəlir

Hazırda oxunan: AYİB prezidenti Azərbaycana gəlir

92687

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB-EBRD) prezidenti Odil Reno-Basso sentyabrın 11-13-ü aralığında Azərbaycana səfər edəcək.

Bizim.Media "bm.ge"yə istinadən xəbər verir ki, AYİB prezidenti Azərbaycanda Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və digər aidiyyətı dövlət qurumlarında görüşlər keçirəcək.

Məlumata görə, səfər zamanı əsas diqqət Azərbaycanın ərzaq təhlükəsizliyi, nəqliyyat kommunikasiyaları və enerji sahəsində mühüm roluna yönəldiləcək.

Qeyd edək ki, AYİB indiyədək Azərbaycana 181 layihə çərçivəsində 3,6 mlrd. avrodan çox yatırım edib.

Portfelin 89%-ni dayanıqlı infrastruktura yatırımlar, 8%-ni sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni maliyyə institutlarına yatırımlar təşkil edir.

O, daha sonra Gürcüstan və Ermənistana səfər edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO