Avropa əhalisi Asiyaya AXIŞIR - Azərbaycanda mənzil bazarında BAHALAŞMA ola bilərmi?

Avropa əhalisi Asiyaya AXIŞIR - Azərbaycanda mənzil bazarında BAHALAŞMA ola bilərmi?

Hazırda oxunan: Avropa əhalisi Asiyaya AXIŞIR - Azərbaycanda mənzil bazarında BAHALAŞMA ola bilərmi?

92593

Rusiya-Ukrayna müharibəsi və bu münaqişə səbəbilə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar dünyanın sosial düzənini pozub. Bu gün təkcə iqtisadi tənəzzüllər müşahidə olunmur, həm də kütləvi miqrant problemi ilə bir sıra ölkələr üz-üzə qalır. Bu azmış kimi qarşıda regionu daha bir təhlükə gözləyir.

Rusiya Qərbin sanksiyalarına qarşılıq Avropaya ötürülən mavi yanacağın həcmini azaltmaq istəyir.

Avropalı mütəxəssislər hesab edir ki, Avropaya mavi yanacağın verilişi azalacağı təqdirdə bir milyondan artıq insan təbii qazdan məhrum olacaq. Ehtimala görə həmin bir milyon insan ən azı soyuq qışı keçirtmək üçün Şərqi Avropaya axın edəcək. Artıq axının simptomları həm Türkiyədə, həm də Gürcüstanda sezilir. Mənzil bazarında qiymətlər sürətlə artır. Xüsusilə də kirayə mənzil hər iki ölkədə artıq problem həddinə çatıb.

Bəs bu tendensiya Azərbaycan bazarına necə təsir edir?

Mənzil üzrə ekspert Nüsrət İbrahimli Bizim.Media-ya açıqlamasında bildirib ki, Rusiya-Ukrayna münaqişəsi başlayandan az sonra Ukraynadakı bəzi soydaşlarımız Azərbaycan döndü:

“Amma geri dönənlərin sayı az olduğundan bunun mənzil bazarına elə də ciddi təsiri olmadı. Təbii ki, yuxarıda dediyiniz ehtimallar özünü doğrultsa biz onun təsirlərini həm daşınmaz əmlak, həm də mənzil bazarında böyük ölçüdə hiss edəcəyik. Lakin bugünkü vəziyyət onu deməyə əsas verir ki, mənzil bazarında hansısa qiymət sıçrayışı müşahidə olunmur. Yaxın gələcəkdə bu sahədə nələr olacaq?! Artıq bunu zaman göstərəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO