"Fitch"in Aİ ölkələrinin Azərbaycan qazına tələbi ilə bağlı PROQNOZU

Hazırda oxunan: "Fitch"in Aİ ölkələrinin Azərbaycan qazına tələbi ilə bağlı PROQNOZU

92474

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Avropa İttifaqı (Aİ) ölkələrinin qaz tələbi ilə bağlı proqnozunu açıqlayıb.

Bizim.Media Agentliyə istinadən xəbər verir ki, Aİ ölkələrində illik təbii qaz tələbi 2022-ci il üzrə 357 (2021-ci ilə nisbətən 10% az), 2023-cü il üzrə isə 339 milyard kubmetr (bu ilə nisbətən 5% az) proqnozlaşdırılıb.

"Fitch Ratings"in proqnozuna görə, Aİ ölkələrinin Azərbaycan qazına tələbi bu il və 2023-cü il üzrə 12 milyard kubmetr təşkil edəcək. Başqa sözlə, Azərbaycan qazı ixrac həcminə görə, LNG (mayeləşdirilmiş təbii qaz), Norveç və Afrika ölkələrindən sonra dördüncü yerdə qərarlaşıb.
Agentliyin proqnozuna görə, Rusiyanın "Şimal axını 1" kəməri ilə qaz ixracını dayandırması fonunda Aİ ölkələri LNG idxalını bu il üzrə 121 milyard kubmetrə, 2023-cü il üzrə isə 155 milyard kubmetrə qədər, Afrika ölkələrindən qaz idxalını bu il 43 milyard kubmetrə, gələn il isə 46 milyard kubmetrə qədər artıracaq.

"Fitch Ratings" hesab edir ki, alternativ qaz tədarükünün artırılması, xüsusilə rekord mayeləşdirilmiş təbii qaz idxalı və 2021-ci illə müqayisədə 2023-cü ildə qaz istifadəsinin 15% azaldılması ilə bağlı plan Aİ ölkələrində qaz qıtlığının qarşısını almağa kömək edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO