Azərbaycan internet göstəricilərinə görə niyə geriləyib? – Ekspert SƏBƏBLƏRİ AÇIQLADI

Azərbaycan internet göstəricilərinə görə niyə geriləyib? – Ekspert SƏBƏBLƏRİ AÇIQLADI

Hazırda oxunan: Azərbaycan internet göstəricilərinə görə niyə geriləyib? – Ekspert SƏBƏBLƏRİ AÇIQLADI

92330

İnternet İdarəçilik Forumunun məlumatına görə Azərbaycan mobil internetə görə 2 pillə geriləyərək dünya ölkələri arasında 60-cı oldu: (30.78 Mb/s). Sabit internet üzrə isə 3 pillə geriləyən ölkəmiz 121-ci oldu: (20.89 Mb/s).

Baxmayaraq ki, bu yaxınlarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” (“Baktelecom”) MMC-lər GPON texnologiyasının tətbiqi istiqamətində 4 Mb/s və 10 Mb/s tariflərini ləğv edərək, uyğun olaraq 15 Mb/s və 30 Mb/s paketinə keçilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan mobil internetin qiymətinə görə neçənci yerdədir?


Bu hesaba da ölkəmizdə internetin sürəti bir qədər artıb. Amma nəzərə alaq ki, regionlarda hələ də əhalinin çox hissəsi ADS xidmətindən istifadə etmək məcburiyyətindədirlər. Bu da ümumi mənzərəni xeyli korlayır.

Məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Bizim.Media-ya bildirdi ki, son dövrlər Azərbaycanda internetin sürəti artma istiqamətindədir:

“Amma beynəlxalq statistikalarda bu cür rəqəmlər varsa, deməli bizim qonşularımız və digər ölkələr də yatmayıb. Görünür ki, bu istiqamətdə daha sürətli inkişaf var. Müşahidə edirəm ki, qonşu dövlətlərdə yaxın vaxtlarda 5C istifadəyə veriləcək.

Hansı ki, bizdə 5C-dən söhbət belə getmir. Hiss olunur ki, bizim operatorlarda yüksək sürətli şəbəkələrin qurulmasında, məsələn 4C-nin qurulmasında ləngimələr var.

Təkrar edirəm, qonşu dövlətlərdə 5C auksiona çıxarılır və mobil operatorlar arasında satılır. Azərbaycanda isə bir az lənglik var. Bildiyimə görə Nazirlik çipon texnologiyaları üzərindən şəbəkəni genişləndirib”.
Osman Gündüz onu da əlavə etdi ki, bu yaxınlarda aşağı sürətlər ləğv edildi, yalnız yuxarı sürətlər saxlanıldı, bu da onu göstərir ki, aşağı sürətlər yavaş-yavaş arxivə verilir:

“Amma kəndlərdə internet sürəti çox aşağıdır. Bu da toplam sürətə təsir edir. Hesabatda da bu öz təsirini göstərir. Ona görə də mobil operatorlar 4C və 5C şəbəkələrinin qurulmasına diqqəti artırmalıdırlar. Və yerüstü internet verən dövlət operatorları ADS xidmətlərini dayandıraraq daha keyfiyyətli fibrooptik üzərindən xidmət göstərməlidirlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO