MANAT BƏRKİYİR: Pulumuzu hansı valyutada saxlayaq? – Ekspertdən MƏSLƏHƏT

MANAT BƏRKİYİR: Pulumuzu hansı valyutada saxlayaq? – Ekspertdən MƏSLƏHƏT

Hazırda oxunan: MANAT BƏRKİYİR: Pulumuzu hansı valyutada saxlayaq? – Ekspertdən MƏSLƏHƏT

91712

Xəbər verdiyimiz kimi, avqustun 31-də verilən qərarla Mərkəzi Bank pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və banklararası pul bazarının aktivləşdirilməsinin ilkin mərhələsində sabahdan faiz dəhlizinin aşağı həddinin 2,25 faiz bəndi azaldılaraq 6,25%-dən 4%-ə endirilməsini qərara alıb.

Ekspertlərin fikrincə, sözügedən qərarın verilməsi birbaşa olaraq bank sektorunda izafi likvidliyin artıq olması ilə bağlıdır. Eyni zamanda bu addımın manatın xarici valyutalar qarşısında güclənməsinə səbəb olacağı ehtimalları da irəli sürülür.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan maliyyə eksperti Əkrəm Həsənov isə fərqli düşünür.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ən aşağı faizli kreditlər hansı rayonda verilir? – Millət vəkili AÇIQLADI


Onun fikrincə, manat dollar qarşısında güclənməyəcək:

“Ən azı bu ilin sonunadək manat indiki məzənnədə qalacaq. Çünki Mərkəzi Bankın sözügedən addımları daha çox inflyasiya ilə mübarizəyə yönəlib. Manatın dollar qarşısında güclənməsi isə gözlənilmir. Doğrudur, neftin qiymətinin artması fonunda Azərbaycanın valyuta ehtiyatları artır və bu manatı möhkəmləndirə bilər”. 

Lakin ekspertin qənaətinə görə, iki səbəbə bağlı olaraq buna gedilməyəcək:

“Birincisi, neftin qiyməti bu gün yüksək olsa belə, sabah aşağı düşə bilər. Buna görə də, valyuta ehtiyatlarını manatın möhkəmlənməsi üçün xərcləməyəcəklər.

İkincisi, yeri istehsalın qiymətlərinin bahalaşmasına yol verməmək üçün bu addım atılmayacaq”.

Əkrəm Həsənov dünya maliyyə sektorunda davam edən hərəkətlilik fonunda vətəndaşların öz ehtiyatlarını hansı valyutada saxlamalarının məqsədəuyğun olacağı məsələsinə də münasibət bildirib:

“Uzunmüddətli ehtiyatların dollarda saxlanması daha məntiqlidir. Yəni, əgər kiminsə bir illik xərcindən daha yüksək miqdarda pul ehtiyatı varsa, bu vəsait dollarda saxlanmalıdır. Çünki, bəd ayaqda dünyada yenə də dollar daha etibarlı olacaq. Lakin ehtiyatların qeyd olunan həddən daha aşağı olan şəxslərin vəsaitlərini yerli valyutada saxlaması lazımdır. Çünki bu qədər vəsaiti olan şəxs, pula ehtiyacı yarandıqda məcburdur ki, banka gedib pulunu manata çevirsin. Bu zaman isə həmin şəxs istər-istəməz itkiyə məruz qalacaq”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO