Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşdı

Hazırda oxunan: Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşdı

91363


Moderator.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin qiyməti  3,59% ucuzlaşaraq 47,06 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 4,22% azalaraq 40,82 dollar təşkil edib.

Neftin qiymətinin ucuzlaşmasının səbəbi kimi avronun dollara qarşı bahalaşması və ABŞ-ın neft ehtiyatlarının 0,6% (2,6 milyon barel) artması göstərilir. 

Qeyd edək ki, hal-hazırda ABŞ-ın strateji neft ehtiyatları 456,2 milyon barelə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO