Azərbaycanda BİZNESƏ necə başlamaq olar? – ƏSAS ŞƏRTLƏR

Azərbaycanda BİZNESƏ necə başlamaq olar? – ƏSAS ŞƏRTLƏR

Hazırda oxunan: Azərbaycanda BİZNESƏ necə başlamaq olar? – ƏSAS ŞƏRTLƏR

90710

Böyük Həsən bəy Zərdabi hələ 145 il bundan qabaq yazırdı ki, “müsəlmanın ən böyük iki eybindən biri odur ki, müsəlman ticarət elmini öyrənmir”. 

Bu müdrik fikirin səsləndiyi vaxtdan bu yana çox təəssüf ki, çox şey dəyişsə də biznes təfəkkürümüz dəyişməyib. Hər birimiz biznesi, ən əsası da ticarəti ən asan sahə bilirik. Bəlkə də bu xudbinliyimiz səbəbidir ki, əksəriyyətimiz biznesdə “batırırıq”.

- Bəs uğurlu biznesmen olmaq üçün ilkin olaraq nədən başlamalıyıq?

Bu sualla tanınmış iqtisadçı Eldəniz Əmirova müraciət etdik. Bizim.Media-ya söhbətində o biznesə başlamaq üçün ilk növbədə ideyanın lazım olduğunu bildirdi: 

“Düşüncədə formalaşan biznesi sonra real həyata transfer etmək mərhələsi başlayır. Bu zaman ideyamızın reallıqlarla uzlaşmasına, mövcud resurslara və bazarın tələbinə baxılmalıdır. O biznes uğurlu olur ki, onun nəticələrinə bazarda ciddi ehtiyac var. Çünki, anoloji biznes sahələri çox zaman uğurlu nəticələr vermir. Uğursuz biznesin əsas səbəbi biznes planın olmaması, hesabatın aparılmamsı və bazarın öyrənilməməsidir. İlkin biznesə başlayan adam bazarda boşluğu tapmalıdır. Boşluq və ehtiyac olmayan sahəyə qoyulan yatırım bütün hallarda uğursuzluğa məhkumdur. Təsadüfi deyil ki, hər il ölkəmizdə yüzlərlə fiziki şəxs biznesə baş vurur. Bir o qədər də fiziki şəxs iflas edir, biznesini dayandırır. Ona görə ki, biznesi hamımız bildiyimiz bir sahə hesab edirik”.

- Bəs, biznes ideyamızın uğurla həyata keçməsi üçün nədən başlamaq lazımdır?

Tanınmış iqtisadçı hesab edir ki, istənilən biznesə maliyyə qaynağı lazımdır və yeni başlanılan biznes əsasən iki sahədən maliyyələşir:

“Bunun birincisi şəxsi vəsaitdir, ikincisi hansısa qurum tərəfindən edilən maliyyə yardımı - kreditdir. Əgər biznesə başlayan adamın şəxsi vəsaiti yoxdursa, bu problem deyil. Yetərki, onu biznes planı uğurlu olsun. Bu zaman istənilən bankdan və yaxud Sahibkarlığa Kömək Milli Fondundan dəstək almaq olur. Son illərdə yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu mənada biznesə başlamaq istəyən adama ən yaxşı dəstəkçi ola bilir. Üstəlik, ƏƏSMN-də özünüməşğulluq layihəsi də var. Heç bir ilkin vəsaiti olmayan şəxs bu layihəyə baş vura bilər. Əsas odur ki, hədəf düzgün seçilsin”. 

- Bəs Azərbaycanda ilkin biznesə başlamaq üçün lazım olan alətlər və imkanlar inkişaf etmiş ölkələrlə müqayisəyə gəlirmi? 

Eldəniz Əmirov bu suala belə cavab verdi: “İlkin biznesə başlamaq şərtlərinə gəlincə Azərbaycandakı mühit inkişaf etmiş ölkələrlə aşağı-yuxarı eynidir. Bəzi hallarda isə bizdə daha rahatdır. Əgər girovun varsa, istənilən uğurlu layihəyə maliyyə yardımı tapmaq mümkündür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO