“Azərbaycan əhalisi emal olunmamış qazdan istifadə edir” – Qaz itkiləri ilə bağlı ekspertdən ŞOK DETALLAR

“Azərbaycan əhalisi emal olunmamış qazdan istifadə edir” – Qaz itkiləri ilə bağlı ekspertdən ŞOK DETALLAR

Hazırda oxunan: “Azərbaycan əhalisi emal olunmamış qazdan istifadə edir” – Qaz itkiləri ilə bağlı ekspertdən ŞOK DETALLAR

89963

Bir neçə il əvvəl Azərbaycanda qaz nəqlində itkilər bir milyard kubmetrdən çox idi. 2020-ci ildə itkilər bir qədər azaldı. Bu ilin ilk 6 ayı ərzində isə Azərbaycanda 408,1 milyon kubmetr əmtəəlik təbii qaz itkiyə gedib.

Məlumat üçün bildirək ki, hazırda əmtəəlik təbii qazın daxili bazardakı qiyməti 12 (1200 kubmetrə qədər), 20 (1200- 2500 kubmetr olduqda) və 25 qəpiyə (2500 kubmetrdən artıq olduqda) bərabərdir.

Bu isə o deməkdir ki, ölkə daxilində təbii qazın orta tarifi 19 qəpik təşkil edir. Mövcud qiymətlə hesablandığı zaman məlum olur ki, bu ilin ilk 6 ayında 77,5 milyon manatlıq təbii qaz itkiyə gedib.
 

MÖVZU İLƏ BAĞLI:

“Şahdəniz”də qaz hasilatı niyə dayandırıldı? – Dünya qaz bazarında baş verənləri İlham Şaban ŞƏRH EDİR 


Onu da bildirək ki, bugünə kimi SOCAR və "Azəriqaz"dan verilən açıqlamalarda ölkədə qaz itkisinin azaldılması istiqamətində tədbirlər həyata keçirildiyi dəfələrlə vurğulanıb. Amma itkilər yenə yüksək olaraq qalır. 

Bəs əmtəəlik qaz itkisi necə yaranır?

Bu sualla tanınmış ekspert İlham Şabana müraciət etdik. O, Bizim.Media-ya bildirdi ki, bu il ölkə daxilində istehlak olunan qazın həcmi 13 milyard kubmetri keçəcək:

“Bu isə o deməkdir ki, bu ilki itkilərimiz yenə bir milyard kubmetr civarında olacaq. Bu isə xeyli dərəcədə çoxdur. O ki, qaldı itkilərə, bu o demək deyil ki, hansısa qaz kəmərindən qaz uçub gedir. Belə hallar da var. Amma bu bütün itkiləri əhatə etmir.

Ölkəmizdə qaz itkisinin statistikasını DSK aparır. İtki isə bu cür hesablanır ki, müəssisənin və yaxud abonentin dövlət qeydiyyatı yoxdur, amma ona il boyu qaz verilib. Və verilən qazın pulu mövcud normativə və qiymətlərə uyğun ödənməyib.

Bax, qaz itkisi əsasən burdan qaynaqlanır. İtkilər digər hallarda emal olunmamış qazın ötürülməsi zamanı yaranır. Azərbaycanda istehlak olunan təbii qazın ən yaxşı halda 25-30 faizi emal edilir və sonra istehlakçıya ötürülür.

Hazırda ölkəmizdə istehlak olunan qazın əsas hissəsi emal olunmayıb. Emal olunmamış qaz isə sayğaclara və digər ötürücülərə mənfi təsir edir. Bəzən elə olur ki, sayğaclar sıradan çıxır və yaxud düzgün işləmir. Bütün bunlar son nəticədə texniki itki kimi qeydə alınır”. 
İlham Şaban onu da əlavə etdi ki, hazırda inkişaf etmiş ölkələrdə ümumi qaz itkisi 2-3 faiz aralığındadır:

“Bizdə isə itki 5 faizdən çoxdur. Bu qədər qaz itkisi isə ciddi narahatlıq doğurur. Əgər biz illik qaz itkisini 200 milyon kubmetrə endirsək xeyli əsaslı investisiya qoyuluşuna qənaət etmiş olarıq, həm də abonentlərin təminatını xeyli yaxşılaşdırarıq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO