Azərbaycan-İran-Rusiya arasında memorandum imzalandı – FOTO

Azərbaycan-İran-Rusiya arasında memorandum imzalandı – FOTO

Hazırda oxunan: Azərbaycan-İran-Rusiya arasında memorandum imzalandı – FOTO

89831

Tehranda Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, Gömrük general-leytenantı Şahin Bağırovun, İran Gömrüyünün rəisi Əlireza Moqəddəsi və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə 3 tərəfli görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Bağırov gömrük xidməti orqanlarının ilk 3 tərəfli tədbirinin əhəmiyyətini vurğulayıb və bu formatda belə görüşün ilk dəfə keçirildiyini qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat nazirləri bir araya gələcək


Görüşdə beynəlxalq gömrük əməkdaşlığının inkişaf etdirilməsinin önəmli olduğu vurğulanıb və hər üç ölkənin iştirakı ilə imzalanacaq tranzitin asanlaşdırılması üzrə Memorandumun beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasına, Şimal-Cənub Nəqliyyat Dəhlizinin imkanlarının genişlənməsinə, İran-Azərbaycan -Rusiya marşrutu üzrə sərhəd keçid məntəqələrində gömrük tranziti əməliyyatlarının asanlaşdırılmasına, yeni çağırışlar əsasında gömrük nəzarətinin həyata keçirilməsinə əlavə imkanlar yaradacaq.

Qeyd olunub ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində yeni yaradılan infrastruktur, yollar, logistika mərkəzləri tranzit imkanlarının artırılmasına və genişlənməsinə xüsusi olaraq təkan verəcək.

Yekunda Azərbaycan Dövlət Gömrük Komitəsi, İran Gömrüyü və Rusiya Federal Gömrük Xidməti arasında tranzitin asanlaşdırılması üzrə Anlaşma Memorandumu imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO