“Bu addım atılmasa ölkədə bahalaşmanın qarşısını almaq olmayacaq” – Əli Əlirzayev

“Bu addım atılmasa ölkədə bahalaşmanın qarşısını almaq olmayacaq” – Əli Əlirzayev

Hazırda oxunan: “Bu addım atılmasa ölkədə bahalaşmanın qarşısını almaq olmayacaq” – Əli Əlirzayev

89426

“Mövcud situasiyada idxal olunan ərzaq və dəriman məhsullarında ƏDV-ni götürmək qaçılmazdır”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı alim Əli Əlirzayev pərakəndə satışda ərzağa və dərmanlara qoyulan 18 faizlik əlavə dəyər vergisi (ƏDV) ləğvi və ya aşağı salınması ilə bağlı səslənən təkliflərə münasibət bildirərkən deyib:

“İdxal olunan məhsulun qiymətinin bahalaşması başqa məhsulların da qiymətinin bahalaşmasına təsir edir. Bu da öz növbəsində əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi deməkdir.

Belə vəziyyətdə sosial müdafiə məqsədilə təbii ki, ərzaq və dərmanların qiymətinin bahalaşmaması üçün tənzimlənmə qiymətini vergilərdən azad etmək olar. Bunu söyləməklə demək istəyirəm ki, pərakəndə satış üzrə ərzaq və dərmanlara tətbiq edilən 18 faizlik ƏDV indiki çətin durumda aradan götürülməlidir.
 


MÖVZU İLƏ BAĞLI:

“ƏDV-lər və rüsumlar aşağı salınacaq”

 


Qiymət artımının qarşısını almaq üçün bu addıma getmək məcburidir. Çünki vergini azaltmaq və ya ləğv etmək sosial müdafiə sisteminin bir formasıdır. Mövcud situasiyada buna getməliyik”.

Həmin istiqamətlər üzrə ƏDV-nin ləğvi ekspertə görə, birinci növbədə insanların rifahına müsbət mənada təsir edəcək:

“Bu bütün insanlara aiddir. Vergi hər zaman qiymətə oturur. Onun və rüsumun qalxması qiymətlərin də bahalaşmasını şərtləndirir. Ona görə də belə vəziyyətin qarşısını almaq üçün ərzaq və dərmanlar üzrə 18 faiz ƏDV müvəqqəti də olsa götürülməlidir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO