Nazirlər Kabineti “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” 9 iyul 2021-ci il tarixli qanunun tətbiq edilməsi barədə” ölkə prezidentinin 20 avqust 2021-ci il tarixli fərmanının icrasını təmin etmək məqsədilə “Enerji menecment sisteminə dair Tələblər”i təsdiq edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyi Energetika Nazirliyi ilə birgə enerji menecment sisteminə dair beynəlxalq standartın (İSO 50001 “Enerji menecment sistemləri.
Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər”) dövlət standartı kimi təsdiqi ilə bağlı müvafiq tədbirlər görməlidir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:25 / 19.08.2022
Azərbaycanda “Enerji menecment sisteminə dair tələblər” təsdiq edildi
Hazırda oxunan: Azərbaycanda “Enerji menecment sisteminə dair tələblər” təsdiq edildi
Hazırda oxunan: Azərbaycanda “Enerji menecment sisteminə dair tələblər” təsdiq edildi
89420
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.