İslamda sələm haramdır. Yəni faizə pul vermək, ondan qazanc götürmək caiz deyildir. Amma bir çox islam ölkələri buna əməl etmir. Hətta lənətlədikləri xristian ölkələrindən belə yüksək faizə pul müamiləsi edirlər.
İslam isə bu prosesə qarışan bütün tərəfləri günah sahibi hesab edir.
İslam ölkələri içində ən yüksək faizlə pul-kredit verən ölkə isə İrandır. O İaran ki, var-gücü ilə çalışır sübut eləsin ki, həqiq islami dəyərlər onda qorunur və bu ölkə islam mədəniyyətinin mərkəzi olmalıdır. İrana görə islamı xilas edəcək yegənə qüvvə o özüdür.
MÖVZU İLƏ BAĞLI:
İslam bankçılığı nə üçün klassik bankçılığa uduzur? - Ekspert SƏBƏBLƏRİ AÇIQLADI
Amma İran dünyada ən yüksək bank faizi tətbiq edən müsəlman ölkəsidir.
Dünya Bankının təqdim etdiyi ən son hesabatdan məlum olur ki, İrandakı banklar illik kreditləri ortalama 18 faizlə verir. Bu da təkcə müsəlman aləmində deyil, eləcə də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə ən yüksək bank faizidir.
Surxay Atakişiyev, Bizim.Media