Kənd təsərrüfatını stimullaşdıran YENİ PLAN – “Ən xırda təsərrüfatlar da incələnməlidir” - EKSPERT

Kənd təsərrüfatını stimullaşdıran YENİ PLAN – “Ən xırda təsərrüfatlar da incələnməlidir” - EKSPERT

Hazırda oxunan: Kənd təsərrüfatını stimullaşdıran YENİ PLAN – “Ən xırda təsərrüfatlar da incələnməlidir” - EKSPERT

88637

Azərbaycanda buğda istehsal edən fermerlərə dəstək üçün müəyyən təbbirlər görülməkdədir.

Belə tədbirlərdən biri də odur ki, 50 hektar torpaq sahəsi olan, eyni zamanda, burada müasir suvarma sistemləri quraşdıran ərzaq buğdası istehsal edən fermerlər əkin subsidiyası ilə yanaşı, məhsul subsidiyası da alacaqlar.

Müqavilə bağlayacağı təqdirdə fermerlər ərzaqlıq buğda istehsalının artırılması, informasiya səviyyəsinin yüksəldilməsi proqramında iştirak edəcək.

Maraqlıdır, nəyə görə, sözügedən layihə ancaq 50 hektardan artıq sahəsi olan, özü də yalnız müasir suvarma sistemlərinə malik fermer təsərüfatlarına şamil edilir?

Məsələni Bizim.Media-ya şərh edən iqtisadçı ekspert Akif Nəsirli düşünür ki, hökumət belə dəstəyi 50 hektardan yuxarı əkin sahəsi olanlara deyil, 5 hektardan çox sahəsi olanlara da göstərməlidir:

“Bunu etməklə gələcəkdə kiçik, yoxsa iri fermerlərin hədəfə daha çox nail olduqlarını müqayisə etmək olar. Yalnız bundan sonra dəstəyin dəqiq hədəfi bəlli ola bilər.

İndiki halda, isə müasir suvarma sisteminə malik olmaqla 50 hektarlıq məsələsinin qoyulması daha az həcimli sahəyə malik minlərlə fermerin prosesdən kənar qalması demək olacaq. Ona görə də çevrəni mhdudlaşdırmaq məhsul bolluğu yaratmaq yolunda doğru addım deyil”.

Ekspert qeyd edir ki, bu addım yalnız dövlətin yaratdığı fermer təsərrüfatlarına şamil ediləcək:

“Qərarın əsas hədəfi 50 hektardan çox torpaq sahəsi olan fermerləri dəstəkləməkdan ibarətdir. Yəni sözügedən layihəyə ərzaq buğdası istehsal edən heç də bütün fermerlər cəlb olunmayacaq.

Müasir suvarma sistemi də əsasən dövlətin yaratdığı fermer təsərrüfatlarında formalaşıb. Belə təsərrüfatlar yaradılanda onların fəaliyyətə başlaması ilə ölkədə kənd təsərrüfatı məhsullaırnın bolluğunun yaradılacağı iddia edilirdi.

Lakin bu hədəfə çatılmadı. İndi bu hədəfə çatmayan dövlət təsərrüfatları üçün yenidən dövlət dəstəyinin konsentrasiyasının genişləndirilməsinin faydası az olacaq.

Bütövlükdə kənd təsərürfatını stimullaşdırmaq üçün daha içərilərə, dərinlərə gedilməli və ən xırda təsərrüfatlar da incələnməlidir.

Getdikcə dünyada ərzaq məhsulu məsələsi piroritet olmağa başlayır, belə bir vaxtda töhfəsini verə biləcək bütün bəndləri işə salmaq lazımdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO