OPEC qlobal neft tələbatı üzrə yeni proqnozunu azaldıb

OPEC qlobal neft tələbatı üzrə yeni proqnozunu azaldıb

Hazırda oxunan: OPEC qlobal neft tələbatı üzrə yeni proqnozunu azaldıb

88130

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-2023-cü illər üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb.

Bizim.Media OPEC-in aylıq hesabatına istinadən xəbər verir ki, cari il qlobal gündəlik neft tələbatının 100,03 mln. barel səviyyəsində olacağı gözlənilir, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 260 min azdır.

Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 3,1 mln. barel olacaq (əvvəlki proqnoz göstəricisindən 260 min barel azadır).

Hesabata əsasən, cari il qlobal gündəlik neft tələbatının 102,72 mln. barel səviyyəsində olacağı gözlənilir, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 260 min azdır. 2023-cü ildə neft tələbatının artım tempi 2,7 mln. barel olacaq, bu da əvvəlki proqnoz göstəricisinə bərarərdir.
Xatırladaq ki, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,74 mln. barel təşkil edib, qlobal gündəlik neft tələbatı 96,92 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik neft tələbatı 91,13 mln. barel olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO