Rusiya Taxıl İttifaqı Bakıda beynəlxalq konfrans keçirəcək

Rusiya Taxıl İttifaqı Bakıda beynəlxalq konfrans keçirəcək

Hazırda oxunan: Rusiya Taxıl İttifaqı Bakıda beynəlxalq konfrans keçirəcək

87986

Oktyabrın 4-dən 7-dək Bakıda XII Beynəlxalq Taxıl Ticarət Konfransı keçiriləcək. Tədbirin təşkilatçısı Rusiya Taxıl İttifaqıdır.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat qurumun saytında yerləşdirilib.
 

Təşkilatçılar Azərbaycanı Qara dəniz, Asiya və Yaxın Şərqin taxıl bazarları arasında əlaqə kimi nəzərdən keçirməyə imkan verən unikal coğrafi mövqeyinə görə, eləcə də müsbət imicinə və onun İslam dünyası ilə Qara dəniz regionu ölkələri arasında “taxıl qapısı” kimi yerləşməsinə görə konfransın keçirilmə yeri kimi Azərbaycanı seçdiklərini qeyd ediblər.

Konfrans çərçivəsində taxıl istehsalının inkişafının orta və uzunmüddətli tendensiyaları, taxıl istehsalına və taxıl bazarı infrastrukturuna bir sıra maraqlı ölkələr tərəfindən sərmayələrin, o cümlədən kollektiv investisiyaların təşviqi yolları, həmçinin taxıl istehsalının maliyyələşdirilməsi və ticarətin mexanizmləri haqqında geniş müzakirələr aparılması nəzərdə tutulur.

İştirakçılar həm istehsalçıların, həm də istehlakçıların maraqlarının balansına əsaslanan taxılın “ədalətli” qiymətinin müəyyən edilməsinə yanaşmaları, eləcə də müxtəlif ölkələrdə bütün əhali qrupları üçün taxıl emalı məhsullarının əlçatanlığının təmin edilməsi üzrə tədbirləri müzakirə edəcəklər.

Əhəmiyyətli və aktual məsələlər arasında taxıl logistikasının yeni keyfiyyəti, yeni nəqliyyat dəhlizlərinin yaradılması, o cümlədən taxıl tədarükü üçün “İpək Yolun”dan istifadə edilməsi, Fars körfəzinə çıxışı olan Şimal-Cənub taxıl dəhlizinin yaradılması və digər istiqamətlər yer alır.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO