“Moody\'s” SOCAR-ın reytinqini yüksəldib

“Moody\'s” SOCAR-ın reytinqini yüksəldib

Hazırda oxunan: “Moody\'s” SOCAR-ın reytinqini yüksəldib

87924

“Moody's Investors Service” (“Moody's”) beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqlərini korporativ ailə reytinqi (CFR) və yüksək təminatsız reytinqi də daxil olmaqla “Ba2”dən “Ba1”ə yüksəldib.

Bizim.Media agentliyə istinadən xəbər verir ki, eyni zamanda “Moody's” SOCAR-ın Əsas Kredit Qiymətləndirməsini (BCA) “b1”dən “ba3ə”, Defolt Ehtimalı Reytinqini (PDR) isə “Ba2-PD"dən “Ba1-PD”yə yüksəldib. Reytinq agentliyi həmçinin şirkətin reytinqləri üzrə proqnozunu "müsbət"dən "stabil"ə dəyişib.

Bugünkü reytinq qərarı avqustun 5-də Azərbaycanın suveren reytinqinin “Ba2”dən “Ba1”ə yüksəldilməsinə uyğundur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO