TƏRSKÖŞƏ: “Rusiyanın Türkiyədən başqa alternativi yoxdur” – İlham Şaban

TƏRSKÖŞƏ: “Rusiyanın Türkiyədən başqa alternativi yoxdur” – İlham Şaban

Hazırda oxunan: TƏRSKÖŞƏ: “Rusiyanın Türkiyədən başqa alternativi yoxdur” – İlham Şaban

87913

Türkiyənin "Karadeniz Energy Group"a daxil olan "Karpowership" şirkəti neft-qaz sənayesinə xidmət sahəsində dünyada ad çıxartmış ABŞ-ın "Baker Huges" şirkətini Rusiyanın Şimal Buzlu Okenı sahillərində (Yamal yarımadası) həyata keçirdiyi qazın mayeləşdirilməsi layihəsində (Arktik LNG-2) əvəzləyəcək.

Məlumdur ki, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları fonunda bu ölkə digər alternativ tərəfdaşlara yönəlmək məcburiyyətində qalıb.

Bu cür ölkələrdən biri də Türkiyədir. Belə ki, istər coğrafi və siyasi mövqeyi, istərsə də iqtisadi inkişaf səviyyəsi Türkiyənin Rusiya üçün əsas iqtisadi tərəfdaşlardan birinə  çevrilməsini mümkün edir.

Xüsusilə də, enerji istehsalçısı olmayan Türkiyənin neft-qaz sənayesində dünya nəhəngi ABŞ şirkətini əvələməsi qardaş ölkənin bu sektorda nə qədər yüksək potensiala malik olduğunu sübuta yetirir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şabanın sözlərinə görə, Türkiyənin Qərb ölkələrini əvəzləməsi paralel impuls kimi şərh edilə bilər:
 

MÖVZU İLƏ BAĞLI:

Yanacaq qiymətləri BU HALDA ucuzlaşacaq – İlham Şabandan PROQNOZ 


“Qərb şirkətləri Rusiya bazarlarını tərk edir və onların yerini digərləri tutur. Həmçinin Türkiyə də burada öz yerini tutmağa çalışır. Türkiyə kimi enerji istehsalçısı olmayan ölkənin belə bir texnologiyalara sahib olması, xüsusən də, dünyada aparıcı yer tutması qürurverici haldır. Əgər “kommersant” nəşrinin yazdığına istinad etsək, görərik ki, "Karadeniz Energy Group" öz sahəsində ilk onluqdadır. Bu şirkət Afrika, Asiya və Uzaq Şərqdə öz xidmətlərini təklif edir”.

Ekspertin sözlərinə görə, şirkətin gəmilərinin Azərbaycanın enerji istehsalı həcminin 55%-i qədər generasiya gücü var:

“Həmin şirkət hal-hazırda xüsusi olaraq Yamalda enerji yataqları üçün fəaliyyət göstərəcək. Ekspertlərin rəyinə görə, Rusiya Türkiyə şirkətini əvəzləyəcək alternativ yoxdur. İstər xidmət, istərsə də keyfiyyət nöqteyi-nəzərindən”.

İlham Şaban sözügedən gəmilərin iş prinsipini də izah edib:

“Sözügedən gəmilər xüsusi dizel generatorlarla təchiz olunub ki, onlar vasitəsilə yanacaqdan elektrik enerjisi alınır. Yaxud da sahildə həmin gəmilər qaz kəmərinə qoşularaq, enerji istehsal edə bilir. Bu gəmilər əhalinin enerji təminatı üçün nəzərdə tutulmayıb. Yalnız fors-major hallarda, eləcə də sənaye obyektlərinin təminatı üzrə bu gəmilərin istifadəsi məqsədəuyğundur.

Çünki elektrik stansiyasının tikintisi ən azı iki il vaxt tələb edir. Gəmilər isə müvafiq ərazidə lövbər saldıqdan sonra asanlıqla enerji istehsal edə bilir ki, bunun üçün də cəmi bir aya yaxın vaxt tələb olunur.


Gəmi vasitəsilə 400 Megavatt güc əldə etmək mümkündür. Müqayisə üçün qeyd edim ki, Səngəçal modul tipli elektrik stansiyasının gücü 300 Megavattdır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO