Qarabağda yaşıl texnologiyaların tətbiqi ilə bağlı İşçi Qrupu yaradıldı

Qarabağda yaşıl texnologiyaların tətbiqi ilə bağlı İşçi Qrupu yaradıldı

Hazırda oxunan: Qarabağda yaşıl texnologiyaların tətbiqi ilə bağlı İşçi Qrupu yaradıldı

87270

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrup yaradılıb. 

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı aşağıdakı tərkibdə əlaqələndirmə və monitorinq üzrə İşçi Qrup yaradılıb: 
İşçi Qrupun rəhbəri 

Azərbaycan Respublikasının energetika naziri 

İşçi Qrupun üzvləri: 

İqtisadiyyat nazirinin müavini 

Maliyyə nazirinin müavini 

Ekologiya və təbii sərvətlər nazirinin müavini 

Kənd təsərrüfatı nazirinin müavini 

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini 

Fövqəladə hallar nazirinin müavini 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti 

Energetika Nazirliyi İşçi Qrupun katibliyi funksiyasını yerinə yetirsin və rübdə 1 (bir) dəfədən az olmayaraq İşçi Qrupun görüşlərini təşkil etməlidur. 

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO