2022-ci ildə ölkəmizə nə qədər elektromobil gətirilib? – Bu növ maşınlara tətbiq olunan GÜZƏŞTLƏR

2022-ci ildə ölkəmizə nə qədər elektromobil gətirilib? – Bu növ maşınlara tətbiq olunan GÜZƏŞTLƏR

Hazırda oxunan: 2022-ci ildə ölkəmizə nə qədər elektromobil gətirilib? – Bu növ maşınlara tətbiq olunan GÜZƏŞTLƏR

86916

Son illərdə bütün dünyada elektrik mühərrikli nəqliyyat vasitələrinə marağın artması heç kimə sirr deyil. Ekoloji baxımdan təmiz, cari xərclər baxımındansa daha sərfəli olan bu cür avtomobillərin ölkəmizə idxalında da artım müşahidə olunur.

Bizim.Media-nın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, 2022-ci ilin yanvar-iyun ayları ərzində ölkəmizə ümumi dəyəri 4 348.58 min dollar olan 153 elektromobil gətirilib.

Ötən ilin müvafiq dövründə idxal olunan elektormobillərin sayı isə 36 olub. Bu isə o deməkdir ki, ötən ilin ilk yarısı ilə müqayisədə bu il ölkəmizə gətirilən elektrik mühərrikli maşınların sayı 4,25 dəfə artıb.
 

MÖVZU İLƏ BAĞLI:

Əgər elektromobil gətirmək istəsəniz başınıza nə gələcək? - Doğru bildiyimiz YANLIŞLAR 


Ümumilikdə isə 2020-ci ildə ölkəyə 167 (ümumi dəyəri 8 330.58 min dollar), 2021-ci ildə isə 160 (ümumi dəyəri 3 463.19 min dollar) elektromobil idxal olunub. 

Ötən illərdəki statistikaya nəzər saldıqda görə bilərik ki, bu ilin 6 ayı ərzində idxal olunan elektromobil sayı əvvəlki dövrün illik göstəricilərinə yaxındır. 

Elektromobillərə marağın artmasının əsas səbəblərindən biri də bu növ nəqliyyat vasitələrinin idxalına bir sıra güzəştlərin tətbiq edilməsidir.

Belə ki, 2018-ci ilin dekabrında Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən elektrik mühərrikli nəqliyyat vasitələrinin idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Elektrik avtomobili idxal edərkən yalnız avtomobilin dəyərinin 15%-i həcmində rüsum ödəmək lazım gəlir.
2022-ci il yanvarın 1-dən etibarən isə bu növ maşınların ölkədaxili satışı da ƏDV-dən azad edilib.

Bundan əlavə, bu ildən etibarən elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı üçün də ƏDV tutulmur.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO