Geri ödənilən ƏDV-nin məbləği ARTIRILACAQ

Geri ödənilən ƏDV-nin məbləği ARTIRILACAQ

Hazırda oxunan: Geri ödənilən ƏDV-nin məbləği ARTIRILACAQ

86700

Azərbaycanda aldığı malın dəyərini nağdsız qaydada ödəyənlərə ƏDV-nin 15%-i deyil, 20%-i geri qaytarıla bilər.

Bizim.Media xəbər verir ki, bu məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Əvəzində ödənişi nağd edənlərə ƏDV-nin 10%-nin deyil, 5%-nin geri qaytarılması təklif olunur.

Başqa sözlə, faiz nisbətini dəyişməklə vətəndaşların nağdsız ödənişə stimullaşdırılması nəzərdə tutulub.
 

MÖVZU İLƏ BAĞLI:

Nağd hesablaşma üzrə ƏDV ödənişlərinin azaldılması – “Qəbz tələb etməyə marağı öldürəcək” – İQTİSADÇI  


Xatırladaq ki, “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il iyulun 1-nə qədər istehlakçılara 651 001 786 kassa çeki üzrə 267,2 milyon manatdan çox, təkcə bu ilin yanvar-iyun aylarında isə 222 747 769 çek üzrə 95,3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,8 milyondan çox istifadəçi qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO