SOCAR prezidenti türkiyəli nazirlə görüşdü - FOTO

SOCAR prezidenti türkiyəli nazirlə görüşdü - FOTO

Hazırda oxunan: SOCAR prezidenti türkiyəli nazirlə görüşdü - FOTO

86517

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf avqustun 1-də Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində mövcud əməkdaşlığın müsbət nəticələrindən məmnunluq ifadə edilib.

Azərbaycan və Türkiyənin birgə iştirakı ilə reallaşdırılan qlobal layihələrin ölkələrimizin strateji maraqlarının təmin olunmasına xidmət etdiyi vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO