Vəfat etmiş şəxsin kredit borclarını kim ödəməlidir? - AÇIQLAMA

Vəfat etmiş şəxsin kredit borclarını kim ödəməlidir? - AÇIQLAMA

Hazırda oxunan: Vəfat etmiş şəxsin kredit borclarını kim ödəməlidir? - AÇIQLAMA

86475

“Bu yaxınlarda qohumum qəflətən vəfat etdi. Lakin bir neçə ay öncə bankdan kredit götürmüşdü, 1 ay üçün də ödənişini etmişdi. İndi bilmirik ki, kredit ödənişi kimdən tələb olunacaq”.

Hazırki günümüzdə bankdan kredit götürməyən az adama rast gəlmək olar. Həyat isə acı sürprizlərlə doludur, elə yuxarıda qeyd etdiyimiz hal kimi. 

Vətəndaşın sözlərinə görə, kredit götürmüş qohumu 1-2 ay sonra qəflətən vəfat edib. Hazırda isə kredit ödənişinin bundan sonra necə aparılacağı, kim tərəfindən ödəniləcəyi məsələsi onlarda sual yaradıb.

Sığorta üzrə ekspert İlkin İbrahimov Bizim.Media-ya açıqlamasında mövzuya aydınlıq gətirib:

“Kredit borcları əgər sığortalanmazsa, bu zaman məsələ hüquqla ona zamin olan şəxsə yönəlir. Həmçinin vəfat etmiş şəxsə varis müəyyən olunur, bundan sonra kredit onun tərəfindən ödənilir və yaxud da şəxsin əmlakı nəzərə alınır. Əgər kredit sığortalanıbsa, bu zaman kredit ödənişi sığorta vasitəsilə ödənilə bilər. Lakin bəzi məqamlar var ki, burada ödənişin məbləği nəzərə alınmalıdır.
 

Həmçinin kredit götürülən zaman həyat sığortasının da edilməsi vacibdir. Ona görə də müqavilənin şərtlərinə baxmaq lazımdır, bəzən şərtlərə uyğun olaraq ödəniş həyata keçirilə bilər”, - deyə İ.İbrahimov qeyd edib.


Qeyd edək ki, vəfat edən şəxsin digər əmlak və mülki kimi, onun borc öhdəlikləri də miras olaraq varislərinə, vərəsələrə çatması məsələsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306-cı maddəsində öz əksini tapır.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO