SOCAR vətəndaşlara MÜRACİƏT ETDİ

SOCAR vətəndaşlara MÜRACİƏT ETDİ

Hazırda oxunan: SOCAR vətəndaşlara MÜRACİƏT ETDİ

86158

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) vətəndaşlara müraciət edərək onları ehtiyatlı olmağa çağırıb.

Bizim.Media xəbər verir ki, SOCAR onun adından istifadə edərək dələduzluqla məşğul olan şəxslərin şirkətə heç bir aidiyyəti olmadığını bildirib.

“Artıq müəyyən müddətdir ki, SOCAR-ın adından istifadə edilərək maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, işə düzəltmə, investisiya yatırma imkanları və s. ilə bağlı müxtəlif təkliflər edilir. Müraciətlər əsasən, sosial media platformaları, elektron ünvan və ya telefon zəngləri vasitəsilə həyata keçirilir.

Bir daha qeyd etmək istərdik ki, SOCAR-ın adından istifadə edərək dələduzluqla məşğul olan şəxslərin şirkətimizə heç bir aidiyyəti yoxdur. SOCAR onun adından istifadə edərək verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşlarımızdan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini və həmin məlumatları [email protected] ünvanına göndərmələrini xahiş edirik”, - deyə müraciətdə vurğulanır.

Bildirilib ki, SOCAR tərəfindən məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO