"İqtisadi artımımız dünya üzrə orta proqnozdan 2 dəfə çoxdur" - Prezidentin köməkçisi

Hazırda oxunan: "İqtisadi artımımız dünya üzrə orta proqnozdan 2 dəfə çoxdur" - Prezidentin köməkçisi

85835

"Azərbaycanda iqtisadi artımın indiki səviyyəsi (illik 6,2%) bu il üçün dünya üzrə orta artım proqnozunu 2 dəfə üstələyir".

Bizim.Media xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan iqtisadiyyatı 2027-ci ilədək hər il orta hesabla 3‒4 % artacaq


"Beynəlxalq valyuta Fondu (IMF), Dünya Bankı (WB), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı dünyada iqtisadi artımın yavaşlaması barədə proqnozlar verdiyi halda, Azərbaycanda bu ilin ilk 6 ayında iqtisadi artım sürətlənərək 6,2%-ə çatıb. Deməli, Azərbaycan dünya iqtisadiyyatında xüsusi çəkisini artırır.

Ölkəmizdə iqtisadi artım daha çox innovasiya yönümlü olub, əsasən qeyri-neftsənayesi, nəqliyyat və informasiya, habelə rabitə xidmətləri sahəsin əhatə edib".

Report.az-ın məlumatına görə, o qeyd edib ki, Azərbaycanda sənayeləşmə və rəqəmsallaşma orta dünya göstəricisini 2-3 dəfə üstələyir: 

"IV sənaye inqilabının əhatə etdiyi bio, fiziki və rəqəmsal texnologiyaların tətbiqinin genişlənməsi, insan kapitalının güclənməsi, idarəetmənin səmərəliliyinin yüksəlməsi, eyni zamanda bu ilin ilk 6 ayında qeyri-neft sektorunda əsas kapitala yönəldilmiş vəsaitlərin 18,5% artması iqtyisadi artımı şərtləndirən amillərdir".  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO