Misirli iş adamları Qarabağdakı layihələrə qatıldılar

Misirli iş adamları Qarabağdakı layihələrə qatıldılar

Hazırda oxunan: Misirli iş adamları Qarabağdakı layihələrə qatıldılar

85779

Misir iş adamları işğaldan azad olunan ərazilərdə layihələrin həyata keçirilməsində iştiraka dəvət ediliblər.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu təşəbbüslə İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Misir xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Nasr ilə görüşdə çıxış edib.

O, Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Bakıda keçirilən sonuncu iclasında imzalanan sənədlərin işgüzar dairələr arasında tərəfdaşlığın inkişafına xidmət etdiyini bildirib.
Öz növbəsində İhab Nasr ölkəsinin Azərbaycanla əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə ikitərəfli iqtisadi-ticarət, investisiya əməkdaşlığının genişləndirilməsi barədə müzakirə aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO