Dövlət qulluğu vəzifələrinin qruplarına uyğun olaraq hər bir mövcud imtahan tarifi 50 faizi miqdarında (35, 40, 45 və 50 manat) müəyyənləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə qərar Tarif (qiymət) Şurasının 26 iyul 2022-ci il tarixində keçirilən növbəti iclasında qərar qəbul edilib.
Qərar Tarif (qiymət) Şurası üzvlərinin təklifləri əsasında il ərzində 5 dəfədən artıq müsahibədə iştirakla bağlı müəyyən olunub.
Məlumata görə, iclasda qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, “Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddətinin hər ili ərzində 5 dəfədən artıq müsahibədə iştirak üzrə ödənişin dövlət qulluğu vəzifələrinin qrupundan asılı olmayaraq bir iştirak üçün 50 manat səviyyəsində müəyyənləşdirilməsinə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının bir mərhələdə, bakalavriat səviyyəsinə isə qəbul imtahanlarının iki mərhələdə keçirilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün yeni test tapşırıqları bazasının işlənməsi, imtahanların təşkili xərclərinin artması kimi məsələlər nəzərə alınmaqla, tələbə qəbulu üzrə yeni xidmətlər üzrə tariflərin müəyyən olunması və bəzi imtahan növləri üzrə isə təsdiq edilmiş tariflərin dəyişdirilməsinə dair Dövlət İmtahan Mərkəzinin müraciətinə baxılıb.
Qərar 26 iyul 2022-ci il tarixindən qüvvəyə minir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:16 / 26.07.2022
Dövlət qulluğu imtahanları üçün ödənişlər 50 MANAT OLDU
Hazırda oxunan: Dövlət qulluğu imtahanları üçün ödənişlər 50 MANAT OLDU
Hazırda oxunan: Dövlət qulluğu imtahanları üçün ödənişlər 50 MANAT OLDU
85584
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.