“Abşeron vadisi”ndə neçə startap yerləşdiriləcək? – İNNOVASİYALAR haqqında ekspert RƏYİ 

“Abşeron vadisi”ndə neçə startap yerləşdiriləcək? – İNNOVASİYALAR haqqında ekspert RƏYİ 

Hazırda oxunan: “Abşeron vadisi”ndə neçə startap yerləşdiriləcək? – İNNOVASİYALAR haqqında ekspert RƏYİ 

85301

Azərbaycanda “Abşeron vadisi” innovasiya klasteri yaradılacaq. Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Bu layihə innovasiya gündəliyi formalaşdırılacaq və dövlət tərəfindən təşviq ediləcək.

Nəticədə, “Abşeron vadisi” çərçivəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin sayı ilbəil artacaqdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda “Abşeron vadisi” yaradılacaq


Startapların bütün inkişaf mərhələləri üzrə maliyyələşmə mexanizmləri formalaşdırılacaqdır. Startaplar və investorlar üçün məqsədli fiskal imtiyazlar sistemi hazırlanacaqdır. Zəruri sayda istedad ehtiyatı təmin ediləcəkdir. Nəticədə, startapların sayı ilbəil artacaq.

Bəs bu layihə çərçivəsində startaplara daha hansı dövlət dəstəyi göstəriləcək?

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Millət vəkili, tanınmış iqtisadçı Vüqar Bayramov “Abşeron vadisi” innovasiyanın dəstəklənməsi üçün bir vasitə olduğunu söylədi: 

“Burda fərqli güzəştlərin tətbiq edilməsi də istisna deyil, təbii ki, vergi güzəştləri daxil olmaqla. Startaplar üçün yeni imkanlar yaradılacaq, xüsusən də onların yeni maliyyələşdirmə mexanizmi və öz məhsullarının qlobal bazara çıxarılmasında dəstək nümayiş etdiriləcək.

Ona görə də “Abşeron vadisi” innovasiyanın dəstəklənməsi üçün nəzərdə tutulan bir layihədir. Bu layihənin reallaşması startapların inkişafına əlavə stimul verəcək”. 
Millət vəkili əlavə etdi ki, Azərbaycan dünya iqtisadi forumunun 4-cü sənaye inqilabi üzrə mərkəzlərindən biridir:

“Bu və digər səbəblərə görə yaxın 4 ildə Azərbaycanda innovasiyalar daha yaxından dəstəklənəcək. “Abşeron vadisi”ndə təxminən 300 startapın fəaliyyəti nəzərdə tutuilib. Bu startaplara da 13 milyon ABŞ dolları maliyyə dəstəyinin göstərilməsi planlaşdırılır. Bir sözlə bu müddətdə startaplar və digər innovativ müəssisələr dövlət tərəfindən dəstəklənəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO