Azərbaycanda istehlak kreditlərinin şərtləri niyə AĞIRDIR? – Ekspertdən İZAH

Azərbaycanda istehlak kreditlərinin şərtləri niyə AĞIRDIR? – Ekspertdən İZAH

Hazırda oxunan: Azərbaycanda istehlak kreditlərinin şərtləri niyə AĞIRDIR? – Ekspertdən İZAH

84761

Hazırda Azərbaycanda bütün kommersiya bankları tərəfindən fiziki şəxslər üçün nəzərdə tutulan istehlak kreditlərinin verilməsi mümkündür. Amma bu kreditlər vətəndaşlara əlçatan deyil və həddindən artıq ağır şərtlərlə təklif olunur. 

Bununla bağlı ictimaiyyətdə çoxsaylı şikayət və iradlar yer alır. Vətəndaşların bildirdiyinə görə üz tutduqları heç bir bankdan istədikləri məbləğdə istehlak kreditindən yararlana bilmirlər.

Onlardan tələb olunur ki, rəsmi əmək haqqında göstərilən məbləğ istehlak kreditinin verilməsi üçün yetərli rəqəm deyil. Məsələn, istənilən bankdan 10 min manat istehlak krediti götürmək üçün rəsmi əməkhaqqındakı gəlir ən azı 1000 manata yaxın olmalıdır. Bu şərt isə hər kəs üçün keçərli deyil. 
 

MÖVZU İLƏ BAĞLI:

Ləğv edilən banklardan ipoteka krediti götürənlərin aqibəti necə olacaq? – QƏRAR açıqlandı  


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Əkrəm Həsənovun sözlərinə görə qeyd olunan məsələ ciddi problem olaraq qalır:

“Bu, çox böyük və ciddi problemdir. Azərbaycan qanunvericiliyinə görə banklarda kreditlərin verilməsi qaydaları var. Həmin qaydalara görə bank müştərilərin gəlirlərini təsdiq edən rəsmi sənəd istəməlidir. Bu da düzgündür. Digər tərəfdən də Maliyyə Bazarlarına Nəzarət Palatası 2016-cı ildə qayda müəyyən etdiyi düstura görə vətəndaşın aylıq gəliri onun və himayəində olan şəxslərin yaşayış minimumunun üç mislini təmin etməlidir. Ondan yuxarı hissəsini o, borcun qaytarılmasına sərf etməlidir.

Bu, əlbəttə ki, ağlabatan şeydir. O başqa məsələdir ki, vətəndaşın rəsmi gəliri aşağıdır, amma qeyri-rəsmi gəliri yüksəkdir. Bu, problemdir və yenə də bu məsələdə bankı qınamaq olmur. Bank haradan bilsin ki, vətəndaşın qeyri-rəsmi gəliri nə qədərdir?


Birincisi, onu heç ölkə bilməz. İkincisi isə bankın özünə Mərkəzi Bankdan irad bildiriləcək”. 

Ekspertin fikirincə, yeganə mübarizə yolu maaşları ağartmaq, bu sahədə gedən islahatları daha da dərinləşdirməkdir.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO