Azərbaycanın nəqliyyat-tranzit imkanları MÜZAKİRƏ EDİLDİ

Azərbaycanın nəqliyyat-tranzit imkanları MÜZAKİRƏ EDİLDİ

Hazırda oxunan: Azərbaycanın nəqliyyat-tranzit imkanları MÜZAKİRƏ EDİLDİ

84530

Dəmir Yolu ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilatın (OTIF) Baş katibi Volfqanq Küpper Azərbaycana səfərə gəlib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, səfər çərçivəsində Baş katib rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüş keçirib.

Görüşdə Azərbaycan – OTIF əməkdaşlığı, ölkənin nəqliyyat-tranzit imkanları və dəmir yolu sahəsində həyata keçirilən islahatlar müzakirə olunub.

Qonağa Zəngəzur Dəhlizinin bir hissəsi olan Horadiz – Ağbənd dəmir yolu xətti ilə bağlı məlumat verilib, layihənin regional əhəmiyyəti vurğulanıb.

Eyni zamanda görüşdə beynəlxalq dəhlizlərin inkişafına yönəlmiş beynəlxalq layihələrdə iştirak və regional əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, iyulun 20-də Baş katib Volfqanq Küpperin işğaldan azad edilmiş ərazilərə səfər etməsi, o cümlədən Horadiz – Ağbənd dəmir yolu xəttinin tikintisi ilə tanış olması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO