Ərzaq buğdasına tətbiq edilən SUBSİDİYALAR – Sahibkarların taxılçılığa marağını artıracaq

Ərzaq buğdasına tətbiq edilən SUBSİDİYALAR – Sahibkarların taxılçılığa marağını artıracaq

Hazırda oxunan: Ərzaq buğdasına tətbiq edilən SUBSİDİYALAR – Sahibkarların taxılçılığa marağını artıracaq

84484

Prezident İlham Əliyev "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərman imzalayıb.

Fərmana əsasən ilkin mərhələdə pilot layihə olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyasının tətbiqi nəzərdə tutulur. 
 

MÖVZU İLƏ BAĞLI:

Fermerlərin subsidiya ƏNGƏLİ – Məbləğ niyə dəyişmir?


Sözügedən fərmanı Bizim.Media-ya şərh edən iqtisadçı alim Əli Əlirzayev qeyd edir ki, məhsul subsidiyasının tətbiqi məhsul istehsalının artırılmasına hesablanmış metoddur:

“Özü də vacib metodlardandır. Ərzağın qiyməti bahalaşsa, bu özünü sözsüz ki, digər sahələrdə də göstərəcək. Belədə həyat səviyyəsi aşağı düşə bilər. Bu mənada məhsul subsidiyasının tətbiqi ərzaq buğdası istehsalçılarının çəkdikləri xərclərinin azalmasına təsir edəcək. Nəticədə sahibkarlar itkilərdən özlərini sığorta edə biləcəklər. Çünki bu fonda 5 il müddətinə onların xərclərinin bir hissəsini dövlət verəcək.

Bu qlobal prosesdir. Belə addım sahibkarların buğda istehsalını artırmağa daha çox meyl etmələrinə gətirib çıxaracaq.

Düzdür, subsidiyanın mənfi xüsusiyyəti də var. Hər şeyə subsidiya verilsə, rəqabət mühiti aradan qaldırıla bilər. Amma ərzaq məsələsi bütün cəmiyyətə aid olduğundan, xüsusən də indiki dövrdə neftin artan qiymətindən gələn gəlirlərin bir hissəsini ən vacib, strareji məhsullar üzərinə yönəltmək olduqca vacibdir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO